Taksilərdə nağdsız ödənişlərin tam tətbiqi çoxkomponentli prosesdir ŞƏRH EDİLDİ | Icma.az
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Takside nağdsız ödənişlərin tam tətbiq olunmamasının səbəbləri çoxkomponentli və sistem xarakterlidir və bu məsələ yalnız texniki imkanlar və ya sürücü davranışı ilə məhdudlaşmır.
Bir çox ölkələrin təcrübəsində, o cümlədən inkişaf etmiş iqtisadiyyatlarda taksi sektoruna nağdsız ödənişlərin inteqrasiyası mərhələli şəkildə baş tutmuşdur və Azərbaycanda da bu prosesin oxşar xarakter daşıdığını demək mümkündür".
Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov deyib.
Onun sözlərinə görə, texniki infrastruktur məsələsi xüsusi çəkisi olan faktordur.
Hər bir taksinin POS terminal, QR ödənişi və ya mobil tətbiq əsaslı ödəniş sistemlərinə qoşula bilməsi üçün həm cihaz, həm də sabit internet bağlantısı tələb olunur: "Sərnişin axınının daimi olduğu paytaxt zonalarında bu problem nisbətən zəif hiss olunsa da, periferik və rayon marşrutlarında mobil internetin keyfiyyəti və terminalların şəbəkəyə qoşulma stabilliyi nağdsız ödənişlərin etibarlılığını məhdudlaşdıra bilər.
Bundan başqa, bu sistemlərin saxlanılması, təmir və komissiya xərcləri də sürücülər üçün əlavə yük yaradır və bəzi hallarda nağdsız formatı qeyri-cəlbedici edir.
Sürücü davranışı və maraq amili də əhəmiyyətli rol oynayır. Bir çox sürücülər nağdsız ödənişi şəxsi gəlir axınının şəffaflaşması kimi qəbul
Tam oxu
Xəbəri oxu