Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Bu yazı həm azərbaycanca, həm də İsveç dilində dərc olunacaq.
Qəsdim caz-muğamın banisi, bəstəkar, pianoçu Vaqif Mustafazadəni İsveç əhlinə, onun tale əkizi – isveçli cazmen, bəstəkar, aranjimançı Yan Yohanssonu bizim musiqisevərlərə tanıtmaqdır.
Niyə onları tale əkizləri saydığımı deməzdən əvvəl cazın bir sehrindən söz açmaq istəyirəm.
Caz mənə küləyi xatırladır: bəzən həzin düşüncələrinlə birgə səni kəpənək qanadında xatirələrin isti qucağına aparan titrək meh olur, bəzən də xəzan yarpağını sonu bilinməyən ünvanlara uçuran fırtına.
Caz çarəsizlikdə haraya gələn ümidin səsidir! Lui Armstronqun ifasında "Dallas Blues” bluz mahnısını dinləyin: qüssə içində sevinc boy verir
Görən, o mahnıları oxuyanda hansı hissləri keçirirdilər? Ağıllarına gələrdimi o kədərli bluzlar sonra caz musiqisinə çevrilib dünyaya yayıla
…Mustafazadənin musiqisini təsvir etməyimi istəsəniz, belə deyərdim: Yay səhəri üzü Xəzərə günəşin doğuşuna baxırsan, kürəyini ilıq gilavar
Qəfil tanış səs gəlir, çoxdan Tanrı dərgahına köçmüş ananın məhrəm səsinə bənzəyir.