Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Yenidən məhkəmədə üz üzə gələcəklər

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Tale əkizləri

Tale əkizləri

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu yazı həm azərbaycanca, həm də İsveç dilində dərc olunacaq. Qəsdim caz-muğamın banisi, bəstəkar, pianoçu Vaqif Mustafazadəni İsveç əhlinə, onun tale əkizi – isveçli cazmen, bəstəkar, aranjimançı Yan Yohanssonu bizim musiqisevərlərə tanıtmaqdır.

Niyə onları tale əkizləri saydığımı deməzdən əvvəl cazın bir sehrindən söz açmaq istəyirəm. Caz mənə küləyi xatırladır: bəzən həzin düşüncələrinlə birgə səni kəpənək qanadında xatirələrin isti qucağına aparan titrək meh olur, bəzən də xəzan yarpağını sonu bilinməyən ünvanlara uçuran fırtına. Caz çarəsizlikdə haraya gələn ümidin səsidir! Lui Armstronqun ifasında "Dallas Blues” bluz mahnısını dinləyin: qüssə içində sevinc boy verir…

…Fikrim Amerikanın pambıq tarlalarında bluz oxuyan qullara gedir. Görən, o mahnıları oxuyanda hansı hissləri keçirirdilər? Ağıllarına gələrdimi o kədərli bluzlar sonra caz musiqisinə çevrilib dünyaya yayılacaq, milyonların qəlbini fəth edəcək?

…Mustafazadənin musiqisini təsvir etməyimi istəsəniz, belə deyərdim: Yay səhəri üzü Xəzərə günəşin doğuşuna baxırsan, kürəyini ilıq gilavar oxşayır, bütün hüceyrələrinlə duyursan onu, bir də doğulursan sanki. Qəfil tanış səs gəlir, çoxdan Tanrı dərgahına köçmüş ananın məhrəm səsinə bənzəyir. Sevinib heyrətlə səsə çevrilirsən – gilavar indi də üzünə sığal çəkir. Ana nəvazişi kimi… Arxa planda Mustafazadənin "Səhər” kompozisiyası.


Yan Yohanssonun ifalarını Yutub-da tapıb dinləyin, məsələn, "Utanmiradan baxış” ("Visa från Utanmyra”) əsərini. Sonra bu mənzərəni təsəvvür edin: İsveçin yüz min gölündən biri – dörd yandan meşəylə dövrələnmiş göl. Əksi suya düşən yarpaqların ləpələrdə titrəyişinə tamaşa edirsən. Meşəylə gölün ünsiyyəti iki sevgilinin söhbətinə də oxşayır, qoynundakı körpəyə layla çalan ananın pıçıltısına da. Yohanssonun "İsveçcə caz”ı ("Jazz på svenska”) o layla-söhbəti müşayiət edir.

İndi bu iki caz ustasını niyə tale əkizi adlandırmağıma keçək.

Tale onları 1966-cı ildə Tallin şəhərində keçirilən caz festivalında bir araya gətirir. Bu, Stalin repressiyasından sonra yumşalma ("Ottopel”) dövrünü yaşayan Sovet İttifaqına xarici musiqiçilərin ayaq açmasına imkan yaranan vaxtlar idi.


26 yaşlı Vaqif Mustafazadə Tallin-66 caz festivalının laureatı adını qazanır. Yan Yohansson da öz triosu ilə uğurla iştirak edir. Məhz o tanışlıqdan sonra Yohansson Mustafazadə haqda bu sözləri deyir: "Onun musiqisi həm son dərəcə müasirdir, həm də nəsillər boyu şairlərin tərənnüm etdiyi əsrarəngiz Qafqaz melodiyalarının sehrini əks etdirir. Sanki Şəhrizadın 1002-ci gecədə danışdığı bir nağıl kimidir!”

Bu sözlər Mustafazadənin Bakıdakı ev-muzeyində divardan asılan lövhədə yazılıb.

Sonralar Mustafazadə dünyanın məşhur cazmenləri ilə yanaşı Yan Yohanssonla ünsiyyətin də onun yaradıcılığına böyük təsir göstərdiyini etiraf edir.

Onları tale əkizi edən ən başlıca cəhət əsərlərində klassik cazı xalq musiqisi və ənənəvi ritmlərlə birləşdirmək bacarığıdır.

Mustafazadə cazla muğamın sintezindən yeni üslub – caz-muğam yaratdı. O, bütün əsərlərində – həm kompozisiyalarda, həm də improvizasiyalarda Azərbaycan xalq musiqisindən, xüsusən də muğamdan bəhrələnib. "Bayatı-Şiraz” muğamından ilhamlanan eyniadlı kompozisiyası Azərbaycan cazının şah əsərlərindəndir.


Yohansson isə İsveç xalq musiqisini caz versiyalarında aranjiman etməklə tanınıb və Avropanın digər xalq mahnıları üzərində də improvizasiyalar edib. Onun 1964-cü ildə çıxan "Jazz på svenska” ("İsveçcə caz”) albomu İsveçin ən çox satılan caz albomudur. Albomda "Polska från Medelpad” və "Polska efter Höök Olle” kimi polyak xalq musiqisi ritmləri üzərində yazılan əsərlər də yer alıb. Daha sonra o, "Jazz på ryska” ("Rusca caz”, 1967) və "Jazz på ungerska” ("Macarca caz”, 1968) albomlarını da yazdırır.

1960-cı illər nəslinin bu iki virtuoz caz ustası bir müddət vətəndən kənarda yaşamalı olublar. Ömrün Kopenhagen illərində Yohansson iki albom yazdırıb. Mustafazadə isə Tiflisdə yaşadığı dövrdə "Qafqaz” caz-triosunu yaradıb.


Vaqif və Əzizə Mustafazadələr

Onlar şəxsi həyatlarındakı oxşarlıqlarla da tale əkiziydilər. Hər ikisinin həyat yoldaşının adı Elza idi. Hərəsinin iki övladı var, bu övladlar da indi məşhur musiqiçidirlər. Yohanssonun oğulları Anders və Yens rok musiqisi sahəsində tanınırlar. Mustafazadənin qızları isə pianoçudurlar: Lalə Parisdəki Grand Operada çalışır, Əzizə isə atası kimi ömrünü caza həsr edib, onu "Caziza” çağırır, caz ilahəsi adlandırırlar.

Tale əkizləri yaradıcılığın zirvəsində, gənc yaşlarında vəfat ediblər. Yan Yohansson 1968-ci ildə, 37 yaşında avtomobil qəzasında həlak olub. Vaqif Mustafazadə isə 1979-cu ildə, 39 yaşında Daşkənd səhnəsində, qızı Əzizəyə həsr etdiyi "Əzizəni gözləyərkən” kompozisiyasını ifa edərkən ürək tutmasından dünyasını dəyişib.

… Qısa ömürlərinə baxmayaraq onlar bütün əbədiyaşar klassik əsərlər kimi həmişə müasir qalacaq musiqilər yaradıblar.

Vahid Qazi

Helsinqborq, İsveç


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Fevral 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1445

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see714

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see503

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see488

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see477

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see456

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see419

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see405

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see355

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see327

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see309

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see305

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see304

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see295

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see293

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see280

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see280

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see278

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see255
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri