Taleh Kazımov: Valyuta hərraclarında ortalama tələb 45 50 mln. dollardır | Icma.az
Icma.az bildirir, Apa.az portalına istinadən. Azərbaycanda valyuta bazarında təklif tələbi üstələyir.
Son valyuta hərraclarında bir hərrac üzrə 70 milyon dollar həcmində sifariş olur.
“APA-Economics” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, bir hərrac üzrə valyuta satışı ortalama 45-50 milyon dollar həcmindədir.
AMB sədri əlavə edib ki, Azərbaycan manatına inam yüksəkdir. Bunu əmanətlərin dollarlaşma səviyyəsi də göstərir.
Hazırda bu rəqəm 29% civarındadır. Mərkəzi Bankın hədəfi əmanətlərin dollarlaşmasını 20-25%-ə endirməkdir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu