Taleh Kazımov: Valyuta hərraclarında ortalama tələb 45 50 mln. dollardır
Icma.az bildirir, Apa.az portalına istinadən.
Azərbaycanda valyuta bazarında təklif tələbi üstələyir. Son valyuta hərraclarında bir hərrac üzrə 70 milyon dollar həcmində sifariş olur.
“APA-Economics” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, bir hərrac üzrə valyuta satışı ortalama 45-50 milyon dollar həcmindədir.
AMB sədri əlavə edib ki, Azərbaycan manatına inam yüksəkdir. Bunu əmanətlərin dollarlaşma səviyyəsi də göstərir. Hazırda bu rəqəm 29% civarındadır. Mərkəzi Bankın hədəfi əmanətlərin dollarlaşmasını 20-25%-ə endirməkdir.
Bu mövzuda digər xəbərlər:“Bu, valyuta bazarında tarazlığı dəstəkləyəcək” Taleh Kazımov
04 Noyabr 2025 13:30
Taleh Kazımov valyuta hərraclarının nəticələrinin açıqlanmaması səbəblərinə aydınlıq gətirib
23 Aprel 2025 11:45
Taleh Kazımov: Ölkənin strateji valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artıb
04 Noyabr 2025 12:49
Taleh Kazımov: Mərkəzi Bank valyuta bazarına alışyönümlü müdaxilə edə bilər
22 Oktyabr 2025 17:13
Taleh Kazımov: Nağd satışda valyuta təklifi tələbi 230 milyon dollar üstələyir
22 Oktyabr 2025 14:02
Baxış sayı:65
Bu xəbər 22 Oktyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















