Icma.az, Bizimyol portalına istinadən məlumat verir. Əfqanıstan, Pakistan ordusunu ölkəyə yeni zərbələr endirməkdə ittiham edib, halbuki iki
Bizimyol.info xəbər verir ki, Taliban nümayəndəsi bildirib ki, İslamabad atəşkəs rejimini pozaraq sərhədin üç bölgəsini bombardman edib.
İddia olunur ki, bu hücumlarda 10 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.
Verilən məlumata görə, bundan əvvəl, 17 oktyabr tarixində, hər iki ölkə 48 saatlıq atəşkəsin Doha müzakirələri başa çatana qədər uzadılması barədə razılaşıb.
Talibanın mənbəinin sözlərinə görə, Pakistan nümayəndə heyəti həmin gün Qatara gəlib.
Əfqan nümayəndə heyətinin isə 18 oktyabrda gəlməsi gözlənilir.
Atəşkəsin uzadılması ilə bağlı xəbər, Əfqanıstan sərhədinə yaxın ərazidə baş vermiş ölümcül partlayış nəticəsində 7 Pakistan hərbçisinin həlak olması və 13 nəfərin yaralanmasından bir neçə saat sonra yayılıb.
Qadir, Bizimyol.info Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.