Taliban Pakistan ordusunun atəşkəs rejimini pozduğunu iddia edir
Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Bizimyol.info xəbər verir ki, Taliban nümayəndəsi bildirib ki, İslamabad atəşkəs rejimini pozaraq sərhədin üç bölgəsini bombardman edib. İddia olunur ki, bu hücumlarda 10 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.
Verilən məlumata görə, bundan əvvəl, 17 oktyabr tarixində, hər iki ölkə 48 saatlıq atəşkəsin Doha müzakirələri başa çatana qədər uzadılması barədə razılaşıb. Talibanın mənbəinin sözlərinə görə, Pakistan nümayəndə heyəti həmin gün Qatara gəlib. Əfqan nümayəndə heyətinin isə 18 oktyabrda gəlməsi gözlənilir.
Atəşkəsin uzadılması ilə bağlı xəbər, Əfqanıstan sərhədinə yaxın ərazidə baş vermiş ölümcül partlayış nəticəsində 7 Pakistan hərbçisinin həlak olması və 13 nəfərin yaralanmasından bir neçə saat sonra yayılıb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 18 Oktyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















