Icma.az, Ayna portalına istinadən məlumat yayır. Mütəxəssislər xəbərdarlıq edir ki, qadağa onsuz da çökməkdə olan səhiyyə sistemini pisləşdi
Bununla, qadınların gələcəkdə tibbi yardım almaq və göstərmək hüququnu mahiyyətcə ləğv edib.
Bu barədə qərarı “Taliban” lideri Molla Hibətullah Axundzadə verib.
Səhiyyə nazirinin maliyyə və administrasiya üzrə müavini Bəxt əl-Rəhman Şərafat bu gün səhər saatlarında nazirliyin Kabildəki qərargahına qəfil səfəri zamanı səhiyyə rəsmilərinə qərar barədə məlumat verib.
“Taliban” hökumətində səhiyyə nazirinin müavini tibb müəssisələrinin rəhbərlərini məlumatlandırıb ki, bu gündən etibarən qız tələbələrin dərslərə qatılması qadağandır.
“Taliban” nümayəndəsi tibbi vəziyyətin onsuz da fəlakətli vəziyyətdə olduğunu izah etməyə çalışan tibb rəhbərlərini dinləməkdən imtina edib və tez iclası tərk edib.
“Əl-Ərəbiyyə” Əfqanıstan tibb institutundan tələbələrə məlumat verən daxili e-poçtun surətini əldə edib: "İctimai Səhiyyə Nazirliyinin qərarına əsasən, bütün Əfqanıstanda qadın tibb tələbələrinin təhsili çərşənbə axşamı günü dayandırıldı.
Qızlardan dərslərə getməmələri və əlavə xəbərdarlığı gözləmələri istənilib”.