Icma.az
close
up
RU
“Taliban” qadınların tibb təhsili almasını qadağan edib

“Taliban” qadınların tibb təhsili almasını qadağan edib

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Mütəxəssislər xəbərdarlıq edir ki, qadağa onsuz da çökməkdə olan səhiyyə sistemini pisləşdirəcək

“Taliban” qızların və qadınların Əfqanıstandakı tibb müəssisələrində təhsil almasını tamamilə qadağan etmək qərarına gəlib. Bununla, qadınların gələcəkdə tibbi yardım almaq və göstərmək hüququnu mahiyyətcə ləğv edib.

Bu barədə qərarı “Taliban” lideri Molla Hibətullah Axundzadə verib. Səhiyyə nazirinin maliyyə və administrasiya üzrə müavini Bəxt əl-Rəhman Şərafat bu gün səhər saatlarında nazirliyin Kabildəki qərargahına qəfil səfəri zamanı səhiyyə rəsmilərinə qərar barədə məlumat verib.

“Taliban” hökumətində səhiyyə nazirinin müavini tibb müəssisələrinin rəhbərlərini məlumatlandırıb ki, bu gündən etibarən qız tələbələrin dərslərə qatılması qadağandır. “Taliban” nümayəndəsi tibbi vəziyyətin onsuz da fəlakətli vəziyyətdə olduğunu izah etməyə çalışan tibb rəhbərlərini dinləməkdən imtina edib və tez iclası tərk edib.

“Əl-Ərəbiyyə” Əfqanıstan tibb institutundan tələbələrə məlumat verən daxili e-poçtun surətini əldə edib: "İctimai Səhiyyə Nazirliyinin qərarına əsasən, bütün Əfqanıstanda qadın tibb tələbələrinin təhsili çərşənbə axşamı günü dayandırıldı. Qızlardan dərslərə getməmələri və əlavə xəbərdarlığı gözləmələri istənilib”.

Səhiyyə Nazirliyinin adının çəkilməsini istəməyən rəsmisi nəşrə bildirib ki, qərar gözlənilməz olub, Qəndəhardan ən “yuxarıdan” gəlib və Molla Hibətullahın qəfil və qəribə qərarı nazirlik rəsmilərinin özlərini də təəccübləndirib.

Qərar Əfqanıstanda qadınların təhsilinə daha bir böyük məhdudiyyəti göstərir. 2022-ci ilin dekabrında universitetlərin qadınlar üçün bağlanmasından sonra bir çoxları təhsillərini davam etdirmək üçün yeganə seçim olaraq tibb fakültəsinə üz tuturdular. Amma indi bu yol da bağlanılır.

Əfqanıstan səhiyyə işçilərinin, xüsusən də qadınlara zəruri xidmətlərin göstərilməsinə ehtiyac duyulan qadın həkimlərin, tibb bacılarının və mamaların kəskin çatışmazlığı ilə üzləşir. Mütəxəssislər xəbərdarlıq edir ki, qadağa onsuz da çökməkdə olan səhiyyə sistemini pisləşdirəcək və saysız-hesabsız əfqan qadınları adekvat tibbi xidmətdən məhrum edəcək.

Beynəlxalq təşkilatlar və insan haqları müdafiəçiləri “Taliban”ın qadınlara qarşı artan məhdudiyyətlərini pisləyərək beynəlxalq ictimaiyyəti “Taliban”a ayrı-seçkilik siyasətini geri çevirmək üçün təzyiq göstərməyə çağırıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://ayna.az
archiveBu xəbər 03 Dekabr 2024 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri