Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin 2026-cı il büdcəsi ilə bağlı parlamentdə keçirilən müzakirələr zamanı yüksək vəzifəli məmurların bahalı qol saatları diqqət çəkib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dövlət Teatrları İdarəsinin Baş direktoru, məşhur aktyor Tamer Karadağlı və Kino İdarəsinin Baş direktoru, məşhur rejisor Birol Güvənin taxdıqları saatların qiyməti müzakirələrə səbəb olub.
Məlumata görə, büdcə müzakirələrində yanaşı əyləşən Karadağlı və Güvənin qol saatları fotoqrafların diqqətindən yayınmayıb.
Tamer Karadağlının qəhvəyi dəri qayışlı, qara siferblatlı “Panerai” markalı saatının oxşar modelinin bazar qiyməti 544 min Türkiyə lirəsi (təxminən 27 min manat) təşkil edir. 47 millimetrlik paslanmayan polad korpusa və dəri qayışa malik bu saatın dünyada cəmi 1 000 ədəd istehsal edildiyi bildirilir.
Birol Güvənin taxdığı “Girard-Perregaux” markalı saatın isə daha bahalı olduğu qeyd edilir. Belə ki, markanın WW.TC seriyasına aid 18 əyarlı çəhrayı qızıl korpuslu modelinin rəsmi satış qiyməti 31 min 750 dollardır.