Tamer Karadağlının saatı müzakirələrə səbəb olub
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin 2026-cı il büdcəsi ilə bağlı parlamentdə keçirilən müzakirələr zamanı yüksək vəzifəli məmurların bahalı qol saatları diqqət çəkib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dövlət Teatrları İdarəsinin Baş direktoru, məşhur aktyor Tamer Karadağlı və Kino İdarəsinin Baş direktoru, məşhur rejisor Birol Güvənin taxdıqları saatların qiyməti müzakirələrə səbəb olub.
Məlumata görə, büdcə müzakirələrində yanaşı əyləşən Karadağlı və Güvənin qol saatları fotoqrafların diqqətindən yayınmayıb.
Tamer Karadağlının qəhvəyi dəri qayışlı, qara siferblatlı “Panerai” markalı saatının oxşar modelinin bazar qiyməti 544 min Türkiyə lirəsi (təxminən 27 min manat) təşkil edir. 47 millimetrlik paslanmayan polad korpusa və dəri qayışa malik bu saatın dünyada cəmi 1 000 ədəd istehsal edildiyi bildirilir.
Birol Güvənin taxdığı “Girard-Perregaux” markalı saatın isə daha bahalı olduğu qeyd edilir. Belə ki, markanın WW.TC seriyasına aid 18 əyarlı çəhrayı qızıl korpuslu modelinin rəsmi satış qiyməti 31 min 750 dollardır.
Bu mövzuda digər xəbərlər:Berkayın 7.5 milyonluq saatı müzakirələrə səbəb oldu
24 Aprel 2025 12:02
Ərinin bahalı saatı müzakirələrə səbəb oldu FOTO
12 Fevral 2025 08:16
Tamer Karadağlı AzDrama da!
09 Mart 2026 11:52
Valensanın Trampa məktubu müzakirələrə səbəb olub
03 Dekabr 2025 08:27
Türkiyəli müğənni Rza Tamer vəfat edib
17 Aprel 2026 13:26
Baxış sayı:51
Bu xəbər 08 Noyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















