Tamerlan Qarayev Mövlud Çavuşoğlu ilə qolf oynayıb

09.10.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Mevlüt Çavuşoğlu və Tamerlan Qarayev Dreamland Golf Club-da bir araya gəliblər

Gununsesi.info  xəbər verir ki, Dreamland Golf Club-da Türkiyənin keçmiş xarici işlər naziri, hazırda Türkiyə Böyük Millət Məclisinin AK Parti Antalya millət vəkili və NATO Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri Mevlüt Çavuşoğlu, Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev, Turkish Airlines-ın Azərbaycan üzrə nümayəndəsi Ömər Özgün və Azərbaycan Qolf Federasiyasının baş məşqçisi Tural Vəlizadə bir araya gələrək golf oynayıblar.

Səmimi və dostluq şəraitində keçən görüşdə golfun insanlar arasında dostluq əlaqələrinin və qarşılıqlı ünsiyyətin möhkəmləndirilməsindəki rolu vurğulanıb.

Görüş iştirakçıları yüksək qonaqpərvərliyə və göstərilən diqqətə görə Dreamland Golf Club-un baş icraçı direktoru Nizami Heybətova təşəkkürlərini bildiriblər.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью