Tamerlan Qarayev Mövlud Çavuşoğlu ilə qolf oynayıb
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
Gununsesi.info xəbər verir ki, Dreamland Golf Club-da Türkiyənin keçmiş xarici işlər naziri, hazırda Türkiyə Böyük Millət Məclisinin AK Parti Antalya millət vəkili və NATO Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri Mevlüt Çavuşoğlu, Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev, Turkish Airlines-ın Azərbaycan üzrə nümayəndəsi Ömər Özgün və Azərbaycan Qolf Federasiyasının baş məşqçisi Tural Vəlizadə bir araya gələrək golf oynayıblar.
Səmimi və dostluq şəraitində keçən görüşdə golfun insanlar arasında dostluq əlaqələrinin və qarşılıqlı ünsiyyətin möhkəmləndirilməsindəki rolu vurğulanıb.
Görüş iştirakçıları yüksək qonaqpərvərliyə və göstərilən diqqətə görə Dreamland Golf Club-un baş icraçı direktoru Nizami Heybətova təşəkkürlərini bildiriblər.
Baxış sayı:108
Bu xəbər 09 Oktyabr 2026 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















