Tanınmış ailəyə ağır itki üz verib

03.09.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və “Şeron” qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib.

Modern.az xəbər verir ki, Əliqismət Lalayevin bacısı və Ülvi Cəfərovun anası Zəkiyyə Cəfərova sentyabrın 2-də axşam saatlarında vəfat edib.

Mərhum Zəkiyyə Cəfərova ömrünün 45 ilini Bakı şəhərində yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllim kimi çalışıb. O, uzun illər ərzində kimsəsiz və valideyn himayəsindən məhrum uşaqların qayğısına qalaraq onların tərbiyəçisi və müəllimi olub.

Zəkiyyə Cəfərovanın dəfni sentyabrın 3-də Salyan şəhərində keçiriləcək.

Allah rəhmət eləsin.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью