Tanınmış ailəyə ağır itki üz verib
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və “Şeron” qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib.
Modern.az xəbər verir ki, Əliqismət Lalayevin bacısı və Ülvi Cəfərovun anası Zəkiyyə Cəfərova sentyabrın 2-də axşam saatlarında vəfat edib.
Mərhum Zəkiyyə Cəfərova ömrünün 45 ilini Bakı şəhərində yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllim kimi çalışıb. O, uzun illər ərzində kimsəsiz və valideyn himayəsindən məhrum uşaqların qayğısına qalaraq onların tərbiyəçisi və müəllimi olub.
Zəkiyyə Cəfərovanın dəfni sentyabrın 3-də Salyan şəhərində keçiriləcək.
Allah rəhmət eləsin.
Baxış sayı:96
Bu xəbər 03 Sentyabr 2026 08:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















