Tanınmış siyasilər Azərbaycan xalqını 8 Noyabr Qələbə Günü Münasibətilə TƏBRİK ETDİLƏR VİD…
Icma.az, Yenicag saytına istinadən bildirir. 8 Noyabr – Azərbaycan xalqının tarixində qızıl hərflərlə yazılmış, şanlı Qələbə Günüdür.
Bu tarix Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi torpaqlarda suverenliyi bərpa etməsi ilə əbədi olaraq yaddaşlara həkk olunub.
Bu günün qazanılması, sadəcə bir hərbi zəfər deyil, həm də Azərbaycanın beynəlxalq arenada ərazi bütövlüyü uğrunda apardığı haqq savaşının ədalətli qalibiyyəti kimi qiymətləndirilir.
Bununla bağlı bir çox siyasi analitiklər, səfirlər və millət vəkilləri 8 Noyabr münasibətilə öz səmimi təbriklərini və yüksək rəylərini “Yeni Çağ Media”nın rus bölməsinə – “Novaya Epoxa”ya bildirərək, Azərbaycanın qazandığı bu qələbənin regionda sülh və sabitliyə töhfə verdiyini vurğulayıblar.
Xarici ölkələrin nümayəndələri də bu günü Azərbaycanın zəfər tarixi və Cənubi Qafqazın gələcək sülh yolunda əsas dönüş nöqtəsi kimi qeyd edirlər.
Onlar Azərbaycanın göstərdiyi hərbi gücün və xalqın birliyinin yaratdığı bu unudulmaz tarixin dünya üçün də ibrət dərsi olduğunu diqqətə çatdırıblar.
Bu təbriklər və qiymətləndirmələr 8 Noyabr Qələbə Gününün Azərbaycan üçün əhəmiyyətini daha da vurğulayır, xalqımızın qalibiyyət ruhunu və gələcəyə olan inamını bir daha göstərir.
ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza açıqlamasında bildirib ki, noyabrın 8-i 2020-ci il müstəqil Azərbaycan tarixində ən vacib günlərdən biridir.
Tam oxu
Xəbəri oxu