Icma.az
close
up
RU
Tanınmış siyasilər Azərbaycan xalqını 8 Noyabr Qələbə Günü Münasibətilə TƏBRİK ETDİLƏR VİDEO Yeni Çağ Media

Tanınmış siyasilər Azərbaycan xalqını 8 Noyabr Qələbə Günü Münasibətilə TƏBRİK ETDİLƏR VİDEO Yeni Çağ Media

Icma.az, Yenicag saytına istinadən bildirir.

8 Noyabr – Azərbaycan xalqının tarixində qızıl hərflərlə yazılmış, şanlı Qələbə Günüdür. Bu tarix Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi torpaqlarda suverenliyi bərpa etməsi ilə əbədi olaraq yaddaşlara həkk olunub. Bu günün qazanılması, sadəcə bir hərbi zəfər deyil, həm də Azərbaycanın beynəlxalq arenada ərazi bütövlüyü uğrunda apardığı haqq savaşının ədalətli qalibiyyəti kimi qiymətləndirilir.

Bununla bağlı bir çox siyasi analitiklər, səfirlər və millət vəkilləri 8 Noyabr münasibətilə öz səmimi təbriklərini və yüksək rəylərini “Yeni Çağ Media”nın rus bölməsinə – “Novaya Epoxa”ya bildirərək, Azərbaycanın qazandığı bu qələbənin regionda sülh və sabitliyə töhfə verdiyini vurğulayıblar.

Xarici ölkələrin nümayəndələri də bu günü Azərbaycanın zəfər tarixi və Cənubi Qafqazın gələcək sülh yolunda əsas dönüş nöqtəsi kimi qeyd edirlər. Onlar Azərbaycanın göstərdiyi hərbi gücün və xalqın birliyinin yaratdığı bu unudulmaz tarixin dünya üçün də ibrət dərsi olduğunu diqqətə çatdırıblar. Bu təbriklər və qiymətləndirmələr 8 Noyabr Qələbə Gününün Azərbaycan üçün əhəmiyyətini daha da vurğulayır, xalqımızın qalibiyyət ruhunu və gələcəyə olan inamını bir daha göstərir.

ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza açıqlamasında bildirib ki, noyabrın 8-i 2020-ci il müstəqil Azərbaycan tarixində ən vacib günlərdən biridir.
Onun sözlərinə görə, Azərbaycan ordusunun gücü böyük bir sürpriz idi və nəticədə də böyük qələbə qazanıldı:

“Müharibənin hərbi fazasına son qoyulması Azərbaycan humanitar qələbəsi idi. Prezident İlham Əliyev daim deyirdi ki, o müharibənin nə zaman dayandırılacağını bilir. Çünki Şuşanın azad edilməsi hərbi fazanın dayandırılması demək idi. Yəni bundan sonra hərəkətləri davam etdirməyə ehtiyac yox idi. Bu qələbə bütün dünyaya göstərdi ki, azərbaycanlıların vuruşa bilməməsi mifi yalandır və Azərbaycan ordusu bu mifi dağıtdı. İndiki zamanda çox vacibdir ki, Azərbaycan həmin qələbəsini sülh platformasının yaradılmasında istifadə etsin. Düşünürəm ki, danışıq prosesləri sülh müqaviləsini imzalamaq üçün davam etdirilir. Ümid edirəm ki, biz yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını görəcəyik.

TASS İnformasiya Agentliyinin direktorunun birinci müavini Mixail Qusman da təbriklərə qoşulanlar sırasında olub.

Tanınmış jurnalist bəyan edib ki, Bu möhtəşəm, tarixi qələbə Azərbaycan xalqının, ordusunun və Ali Baş Komandanın 44 günlük Vətən müharibəsində əldə etdiyi əbədi nailiyyətdir:

“İllər keçsə də, nəsillər dəyişsə də, tarix kitablarında və xalqın yaddaşında bu qələbə əbədi var olacaq. Bu qələbə nəinki işğal altında qalan torpaqların qayıtmasına səbəb oldu, eləcə də Azərbaycan xalqına zəfər hissini yaşatdı. Hansı ki, Azərbaycan xalqı Birinci Qarabağ müharibəsindən sonra 30 il ərzində mövcud işğal vəziyyətini kədərlə qəbul etmişdilər. İndi Azərbaycan xalqı qalib, gələcəyə baxan və zəfər qazanmış bir millət kimi bu hissləri yaşayır. Çünki bu qələbə sadaladığım hissləri bizdə yenidən oyatdı. Qarabağ bundan sonra da çiçəklənməyə davam edəcək və dirçələcək!”

Moldovanın ombudsmanı və Moldova Vəkillər Kollegiyasının üzvü Aureliya Qriqoriu isə söyləyib ki, Azərbaycanın Qarabağ zəfərində əldə etdiyi qələbənin ən böyük rolu Prezident İlham Əliyevə məxsusdur:

“Müasir dünya tarixində belə bir hadisə olmayıb ki, Ali Baş Komandan məsələnin sülh yolu ilə həll olunmadığını gördükdən sonra öz dövlətinin işğal altında qalan torpaqlarını hərbi yolla geri qaytarsın. Beynəlxalq hüquqa görə aqressiyadan zərərçəkmiş tərəf öz ərazi bütövlüyünü hərbi yola həll edə bilər. Düşünürəm ki, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Mən öz gözlərimlə gördüm ki, işğaldan azad olunmuş torpaqlarda bərpa prosesi necə sürətlə gedir. Bütün bunlara baxanda torpağın əsl sahibləri ilə işğalçının kimliyi arasındakı fərq bəlli olur. Mən Azərbaycan xalqı və Prezidentini ürəkdən təbrik edirəm!”

Milli Məclisin deputatı, Azərbaycandakı rus icmasının sədri Mixail Zabelin isə düşünür ki, Qələbə Gününə biz uzun illərdir ki, yaxınlaşmaqdaydıq:

“30 il ərzində biz dünyaya münaqişə, qaçqın və məcburi köçkünlərin problemləri ilə bağlı həqiqətləri çatdırmaq istəyirdik. Hansılar ki, erməni işğalçılarının hücumları nəticəsində öz ata-baba yurdlarını tərk etmişdilər. Biz bütün siyasi vasitələrlə dünyaya çatdırmaq istəyirdik ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.

Millət vəkili əlavə edib ki, Azərbaycandakı multikulturalizmdən ənənələri yüksəkdir:

“Hesab edirəm ki, bu həmin multikulturalizmin parlaq nümayişi idi ki, hər kəs dinindən və millətindən asılı olmayaraq Ali Baş Komandanın arxasında dayanmış və bir nəfər kimi Vətəninin müdafiəsinə qalxmışdı. Ali Baş Komandan İlham Əliyev öz güclü siyasi iradəsini göstərərək, sentyabrın 27-si əks-hücum əməliyyatını başlatdı. Bununla xalqımız onun Qarabağ müharibəsindəki qətiyyətini gördü. Onun rəhbərliyi nəticəsində də Azərbaycan ordusu erməni işğalçılarını ərazilərimizdən qovub çıxarmışdı. Nəticədə 44 gün ərzində ordumuz torpaqlarımızı işğaldan azad etdi. O illərlə Azərbaycan ordusunu əks-hücum əməliyyatlarına hazırladı ki, lazımi zamanda bu məsələni həll edək. Bu, doğrudan da bizim üçün çox böyük bir qələbə idi. Biz əziz şəhidlərimizi həmişə yad edəcəyik, çünki onların hər birisi bizim üçün qəhrəmandır. Allah qazilərimizə can sağlığı versin! Yaşasın, Azərbaycan xalqı, yaşasın, Azərbaycan ordusu, yaşasın, Ali Baş Komandan İlham Əliyev!”

Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko da tarixi qələbəmizlə bağlı danışıb:

“Öz adım və Moldova səfirliyi adından bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək, Azərbaycan Respublikasının rəhbərliyinə isə ən səmimi təbriklərimi çatdırmaq istərdim. Çünki Azərbaycan hökuməti praqmatik və uzaqgörən siyasəti ilə öz ərazi bütövlüyünü bərpa etməyi bacarıb. Baxmayaraq ki, qələbədən 4, antiterorr əməliyyatlarının üstündən isə 1 il keçib, lakin biz artıq görürük ki, işğaldan azad olunmuş ərazilərə həyat qayıdır, böyük layihələr sürətlə inkişaf etdirilir, məktəblər, binalar tikilir, yollar salınır və məcburi köçkünlər həmin torpaqlara qayıdır. Bu, onu göstərir ki, Azərbaycan dövləti Qarabağın bərpasına diqqət və qayğı göstərir və orada yaşayacaq insanlar üçün bütün şəraiti yaradır”.

Qırğızıstanın Azərbaycandakı sabiq səfiri, hüququ elmləri doktoru, professor Kayrat Osmonaliyev isə düşünür ki, bu tarixi qələbə çoxdandır gözlənilən idi:

“Mən qardaş Azərbaycan xalqının qələbənin növbəti ildönümü münasibətilə təbrik edirəm. 8 noyabr 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu möhtəşəm zəfərini əldə edərək tarixi ədaləti bərpa etdi. Azərbaycan dövləti heç kəsin köməyi olmadan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni yerinə yetirdi. Ordunun çox peşəkar şəkildə hazırlaşması və bütün Azərbaycan xalqının yüksək vətənpərvər ruhu nəticəsində bu tarixi qələbə Azərbaycanın gələcək inkişafına və beynəlxalq imicinin gücləndirilməsinə böyük təkan verdi. Artıq Qırğızıstan və Azərbaycan arasındakı əlaqələr özünün ən yüksək strateji mərhələsinə qədəm qoyub.İnanıram ki, gələcəkdə bu münasibətlər daha da inkişaf edəcək və dərinləşəcək”.

Beynəlxalq münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylova görə isə noyabrın 8-i Azərbaycanın müasir tarixində ən mühüm günlərdən biridir:

“Çünki həmin gündə işğal olunmuş torpaqları azad etmək məqsədilə başlayan 44 günlük müharibənin zəfəri əldə olundu. Bu müharibədə bir sıra döyüşçülər şəhid oldu və qəhrəmana çevrildilər. Bu müharibə bütün Azərbaycan xalqını birləşdirdi və Ali Baş Komandanın arxasında topladı. Mən Azərbaycan xalqını bu bayram münasibətilə növbəti dəfə təbrik edirəm! Bu, Azərbaycan üçün yeni tarixi səhifənin başlanğıcıdır, ona görə ki azad edilən torpaqlar indi bərpa olunur. Azərbaycanın bəxti gətirib ki, onun belə bir bəxti var. Çünki bu siyasəti Ulu Öndər Heydər Əliyev başladıb və Prezident İlham Əliyev də onun siyasətini uğurla davam etdirir və onun arzularını reallaşdırıb”.

Cəmilə Çebotaryeva

Rafi Müslümov

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 08 Noyabr 2024 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see238

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see228

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see125

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see123

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see122

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see121

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see119

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri