“Tanrıçılıq” Folklor İnstitutunun yeni nəşri | Icma.az
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 21 oktyabr, AZƏRTAC AMEA-nın Folklor İnstitutu Elmi şurasının qərarı ilə mərhum tədqiqatçı Arif Rəhimoğlunun son elmi əsəri - “Tanrıçılıq” kitabı nəşr edilərək elmi ictimaiyyətə təqdim olunub.İnstitutdan AZƏRTAC-a bildirilib ki, əsər “Vaxtsız ölüm, bitməmiş əsər”, “Ön söz yerinə”, “Giriş”, üç əsas bölmə və “Qaynaqlar” hissəsindən ibarətdir.
Kitabda “Tanrı anlayışı”, “Tanrı inancı və din”, “Təktanrıçılığın ulu öndəri - Hz.
İbrahim peyğəmbər”, “Tanrıçılığın özülləri” kimi mövzular əhatə olunaraq, “bir tanrı” inancının tarixi kökləri araşdırılır.
Müəllif “bir tanrı” inancının Mesopotamiya (Şumer) mənşəyinə və sami xalqları arasında yayılmasına xüsusi diqqət yetirir.Arif Rəhimoğlu əsərdə türklərin İslamdan öncəki təktanrıçı inanc sistemini elmi qaynaqlara əsaslanaraq tədqiq edir.
Tanrı anlayışının fəlsəfi və etimoloji əsaslarını araşdıran müəllif ibadət formaları (dua, nəzir, mərasim) və əxlaq prinsipləri (alplıq, bilgəlik, düzlük, əliaçıqlılıq) kimi məsələləri təhlil edir.Kitabda Hz.
İbrahim peyğəmbər təktanrıçılığın ilk carçısı kimi təqdim olunur. Müəllif bu fikrini tarixi, coğrafi və dil faktları ilə əsaslandıraraq Hz.
İbrahimin Kəngər (Şumer) mənşəli olduğunu irəli sürür. Onun qənaətinə görə, İbrahimin dini seçimi yalnız fərdi inanc deyil, həm də bütpərəst
Tam oxu
Xəbəri oxu