Icma.az
close
up
RU
“Tanrıçılıq” Folklor İnstitutunun yeni nəşri

“Tanrıçılıq” Folklor İnstitutunun yeni nəşri

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 21 oktyabr, AZƏRTAC

AMEA-nın Folklor İnstitutu Elmi şurasının qərarı ilə mərhum tədqiqatçı Arif Rəhimoğlunun son elmi əsəri - “Tanrıçılıq” kitabı nəşr edilərək elmi ictimaiyyətə təqdim olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əsər “Vaxtsız ölüm, bitməmiş əsər”, “Ön söz yerinə”, “Giriş”, üç əsas bölmə və “Qaynaqlar” hissəsindən ibarətdir. Kitabda “Tanrı anlayışı”, “Tanrı inancı və din”, “Təktanrıçılığın ulu öndəri - Hz. İbrahim peyğəmbər”, “Tanrıçılığın özülləri” kimi mövzular əhatə olunaraq, “bir tanrı” inancının tarixi kökləri araşdırılır. Müəllif “bir tanrı” inancının Mesopotamiya (Şumer) mənşəyinə və sami xalqları arasında yayılmasına xüsusi diqqət yetirir.

Arif Rəhimoğlu əsərdə türklərin İslamdan öncəki təktanrıçı inanc sistemini elmi qaynaqlara əsaslanaraq tədqiq edir. Tanrı anlayışının fəlsəfi və etimoloji əsaslarını araşdıran müəllif ibadət formaları (dua, nəzir, mərasim) və əxlaq prinsipləri (alplıq, bilgəlik, düzlük, əliaçıqlılıq) kimi məsələləri təhlil edir.

Kitabda Hz. İbrahim peyğəmbər təktanrıçılığın ilk carçısı kimi təqdim olunur. Müəllif bu fikrini tarixi, coğrafi və dil faktları ilə əsaslandıraraq Hz. İbrahimin Kəngər (Şumer) mənşəli olduğunu irəli sürür. Onun qənaətinə görə, İbrahimin dini seçimi yalnız fərdi inanc deyil, həm də bütpərəstlik və insan qurbanı kimi dini ayinlərə qarşı mənəvi islahat idi.

Əsərin üçüncü bölümü müəllifin vəfatı səbəbindən natamam qalsa da, burada “Tanrı” sözünün mənşəyi, tanrıçılığın inanc strukturu və əxlaq sistemi barədə qeydlər yer alır.

Müəllifin dil və terminologiyaya yanaşması da spesifikdir. O, Azərbaycan türkcəsinin ifadə imkanlarından geniş şəkildə istifadə edərək alınma terminlərə milli qarşılıqlar təklif edir. Bu baxımdan “Tanrıçılıq” kitabı mövzu ilə bağlı xüsusi terminoloji sistemin irəli sürülməsi kimi maraq doğurur.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın nəşrə hazırlayanı və redaktoru filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərdir.

“Tanrıçılıq” elmi əsəri din tarixi, fəlsəfə, dilçilik və mədəniyyətşünaslıq sahəsində çalışan alimlər üçün mənbə olmaqla yanaşı, gənc tədqiqatçılar üçün də yeni istiqamətləri ehtiva edir. Müəllifin vaxtsız vəfatı onun planlaşdırdığı tədqiqatların tamamlanmasına imkan verməsə də, bu əsər tanrıçılıq konsepsiyasının elmi əsaslarının araşdırılması baxımından dəyərli mənbə hesab oluna bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see759

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see687

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see250

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see232

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see228

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see227

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see219

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see201

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see196

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see188

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see181

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see178

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see178

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see175

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see173

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see167

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri