Tarif müharibəsi başladı uduzan kim, udan kim... | Icma.az
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Trampın yüksək tariflər siyasəti və son bəyanatları beynəlxalq medianın əsas müzakirə mövzularındandır.
Tramp Vaşinqtonda keçirilən Respublikaçı Milli Komitəsinin şam yeməyində çıxışı zamanı xarici liderlərin ABŞ-la ticarət sazişi imzalamaq üçün “alçaldıcı addımlar” atdıqlarını qeyd edib.
O, danışıqların yalnız onun özü ilə aparılmalı olduğunu bildirib.
Modern.az xəbər verir ki, dünya mətbuatında Tramın qərarı ilə bağlı müzakirələr davam edir.
CNN-in məlumatına görə, Tramp Çin yuanının dəyərdən salınmasını “ədalətsiz oyun” adlandırıb, Pekini manipulyasiyalarda günahlandırıb və bu addımı ABŞ-ın tətbiq etdiyi rüsumlara qarşı kompensasiya cəhdi kimi qiymətləndirib.
Tramp “tarif müharibəsi”ni əslində müharibə saymır və xarici liderlərin anlaşma üçün istənilən güzəştə hazır olduqlarını iddia edir.
"The New York Times" yazır ki, ABŞ-ın 9 aprel tarixində qüvvəyə minən yeni tarifləri qlobal bazarlarda qeyri-sabitliyə səbəb olub, dünya indekslərini aşağı salıb.
Tam oxu
Xəbəri oxu