Icma.az
close
up
RU
Tarif müharibəsi başladı uduzan kim, udan kim...

Tarif müharibəsi başladı uduzan kim, udan kim...

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın yüksək tariflər siyasəti və son bəyanatları beynəlxalq medianın əsas müzakirə mövzularındandır. Tramp Vaşinqtonda keçirilən Respublikaçı Milli Komitəsinin şam yeməyində çıxışı zamanı xarici liderlərin ABŞ-la ticarət sazişi imzalamaq üçün “alçaldıcı addımlar” atdıqlarını qeyd edib. O, danışıqların yalnız onun özü ilə aparılmalı olduğunu bildirib.

Modern.az xəbər verir ki, dünya mətbuatında Tramın qərarı ilə bağlı müzakirələr davam edir.

CNN-in məlumatına görə, Tramp Çin yuanının dəyərdən salınmasını “ədalətsiz oyun” adlandırıb, Pekini manipulyasiyalarda günahlandırıb və bu addımı ABŞ-ın tətbiq etdiyi rüsumlara qarşı kompensasiya cəhdi kimi qiymətləndirib. Tramp “tarif müharibəsi”ni əslində müharibə saymır və xarici liderlərin anlaşma üçün istənilən güzəştə hazır olduqlarını iddia edir.

"The New York Times" yazır ki, ABŞ-ın 9 aprel tarixində qüvvəyə minən yeni tarifləri qlobal bazarlarda qeyri-sabitliyə səbəb olub, dünya indekslərini aşağı salıb. Amerikanın "Dow Jones" və S&P 500 indeksləri artıcıl dördüncü seansı mənfi zonada bağlayıb. Eyni zamanda, Asiya birjalarında da eniş tendensiyası davam edir.

"Reuters" bildirir ki, iqtisadçılar tarif artımlarının qiymət artımına səbəb olacağını, bunun isə ABŞ-da istehlakçılar tərəfindən dərhal hiss olunmayacağını bildirirlər. Çünki may ayının sonuna qədər ölkəyə daxil olan mallar yeni tariflərdən azaddır. ABŞ hələlik danışıqlar üçün qapını bağlamayıb – Tramp hələ də Pekinin güzəştə gedəcəyinə ümid etdiyini deyib.

Tramp administrasiyası yaxın müttəfiqləri olan Cənubi Koreya və Yaponiya ilə ticarət danışıqları planlaşdırır. "The New York Times" qeyd edir ki, Avropa Komissiyası İtaliya baş naziri Corca Meloninin yaxın günlərdə Vaşinqtona səfərinə böyük ümidlər bəsləyir. Bununla belə, Ağ Evdən verilən siqnallar göstərir ki, ABŞ yalnız daxili istehsal və fermerlər üçün sərfəli olan sazişləri qəbul edəcək.

Digər ölkələr isə mümkün razılaşmasız ssenarilərə hazırlaşırlar. "Reuters"in məlumatına görə, Cənubi Koreya avtomobil sektorunu dəstəkləmək üçün təcili maliyyə yardımları, vergi güzəştləri və daxili tələbi stimullaşdıracaq subsidiyalar daxil olmaqla “B planı”nı elan edib. Alternativ bazarların genişləndirilməsi də müzakirə olunur.

"The Washington Post" yazır ki, Trampın siyasəti yalnız investorları deyil, həm də bəzi respublikaçı qanunvericiləri narahat edir. Onlar administrasiyadan tarif strategiyası barədə daha çox şəffaflıq tələb edir, Trampı danışıqlara çağırırlar. Lakin bu təzyiqlər hələlik ciddi addımlara gətirib çıxarmayıb – respublikaçılar Trampın genişmiqyaslı iqtisadi dəyişikliklərini tənqid etməkdən çəkinirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Aprel 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri