Tarix yaradan şəxsiyyət | Icma.az
Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq. İlyas İsmayılovla təxminən 1984-85-ci illərdə xidməti işlə bağlı tanış olmuşuq.
Ondan sonrakı müddət ərzində münasibətlərimiz son dərəcə səmimi olub, dostluğa qədər yüksəlib.
İlyas müəllimin özünün etdiyi etirafa görə, onda olan bəzi meyarları məndə görüb və məni bir dost kimi qəbul edib.Hər bir insan tarix yaradır, dünyasını dəyişəndən sonra isə tarix onu yaşadır və xidmətindən asılı olaraq insanların yaddaşında qalır.
Bəziləri tez unudulur, bəzilərinin isə insanların qəlbində ucaltdığı abidə əbədi olur...İlyas müəllimin sevimli bir sözü vardı: “İnsanların yaşaması yaşlarının çoxluğundan, azlığından asılı deyil, qısa ömür də, uzun ömür də yaşasan, sənin ömrün insanların yaddaşında qaldığın müddətlə ölçülür”.
İnsanların qəlbində özünə əbədi saray quran tarixi şəxsiyyətlərdən biri də mərhum İlyas Abbas oğlu İsmayılovdur.
Onun keçdiyi həyat yolu son dərəcə zəngin, mürəkkəb, gərgin olmaqla bərabər, həm də, xalqına layiqli bir övlad, dəyərli vətəndaş olmaqdan, dövlətinə sədaqətdən ibarət olub.
Bu, onun həyat amalı idi. Düşünürəm ki, insanlar onu məhz bu meyarlarla tanıyırlar.
Sorğu keçirilsə, İlyas müəllim haqqında birmənalı olaraq deyilər: İlyas müəllim son dərəcə ədalətli, obyektiv, prinsipial, xalqına, dövlətinə sədaqətlə qulluq edən bir insan olub!Respublika Prokurorluğuna, o dövrdə prokuror vəzifəsinə və müstəqillik dövründən sonra Baş prokuror vəzifəsinə çoxsaylı prokurorlar gəlib-gedib.
Tam oxu
Xəbəri oxu