Icma.az
close
up
RU
Tarix yaradan şəxsiyyət

Tarix yaradan şəxsiyyət

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

İlyas İsmayılovla təxminən 1984-85-ci illərdə xidməti işlə bağlı tanış olmuşuq. Ondan sonrakı müddət ərzində münasibətlərimiz son dərəcə səmimi olub, dostluğa qədər yüksəlib. İlyas müəllimin özünün etdiyi etirafa görə, onda olan bəzi meyarları məndə görüb və  məni bir dost kimi qəbul edib.

Hər bir insan tarix yaradır, dünyasını dəyişəndən sonra isə tarix onu yaşadır və xidmətindən asılı olaraq insanların yaddaşında qalır. Bəziləri tez unudulur, bəzilərinin isə insanların qəlbində ucaltdığı abidə əbədi olur...

İlyas müəllimin sevimli bir sözü vardı: “İnsanların yaşaması yaşlarının çoxluğundan, azlığından asılı deyil, qısa ömür də, uzun ömür də yaşasan, sənin ömrün insanların yaddaşında qaldığın müddətlə ölçülür”. 

İnsanların qəlbində özünə əbədi saray quran tarixi şəxsiyyətlərdən biri də mərhum İlyas Abbas oğlu İsmayılovdur. Onun keçdiyi həyat yolu son dərəcə zəngin, mürəkkəb, gərgin olmaqla bərabər, həm də, xalqına layiqli bir övlad, dəyərli vətəndaş olmaqdan, dövlətinə sədaqətdən ibarət olub. Bu, onun həyat amalı idi. Düşünürəm ki, insanlar onu məhz bu meyarlarla tanıyırlar. Sorğu keçirilsə, İlyas müəllim haqqında birmənalı olaraq deyilər: İlyas müəllim son dərəcə ədalətli, obyektiv, prinsipial, xalqına, dövlətinə sədaqətlə qulluq edən bir insan olub!

Respublika Prokurorluğuna, o dövrdə prokuror vəzifəsinə və müstəqillik dövründən sonra Baş prokuror vəzifəsinə çoxsaylı prokurorlar gəlib-gedib. Amma İlyas müəllim və bir neçə prokuror öz əməlləriylə, fəaliyyətləri, prinsipiallıq mövqeləri, qanunun aliliyini təmin etmək, vətəndaşların hüquq azadlıqlarını qorumaq, dövlətə və dövlətçiliyə sədaqət nümayiş etdirmək yolu ilə insanların yaddaşına əbədi həkk olunub.

1985-90-cı illərin çətin və mürəkkəb dövrlərində İlyas müəllim Respublika prokuroru işləyib. O zamanlar SSRİ-nin 15 respublikası ilə bərabər bizim respublika da yalnız o rejimin qanunları ilə yaşayırdı. O dövrdə işləmək, müstəqil prokurorluq orqanlarında qanunvericiliyin məhz ümumxalq mənafeyinə uyğun siyasətini həyata keçirmək asan məsələ deyildi. İlyas müəllim Azərbaycan xalqının mənafeyi naminə qanunvericiliyin tətbiqi, həyata keçirilməsi baxımından da müstəqil bir siyasət aparıb. Xüsusilə diqqət yetirilən məqamlardan biri də, kadrların təmənnasız şəkildə seçilib yerləşdirilməsi idi. Bu məsələyə də İlyas müəllim çox diqqətlə yanaşardı. Adətən prokurorluq orqanları barədə yüksək fikirlər deyilmir, xüsusilə, kadr məsələsində. Amma İlyas müəllim haqqında bir adam da tapılmaz ki, desin, mən işə qəbul olunanda məndən təmənna güdülüb. Kadrların seçilib yerləşdirilməsində düzgün siyasət aparar, xüsusilə, gənc və savadlı kadrların irəli çəkilməsinə böyük önəm verərdi.

İlyas müəllim təbiətcə nə qədər sərt olsa da, o qədər də qayğıkeş və humanist bir insan idi. Görüşümüz zamanı təəssüratları haqqında danışar, iş fəaliyyətində rastlaşdığı problemləri mənimlə bölüşər, deyərdi ki, mən həmişə prokurorlara tapşırardım ki, maddi baxımdan aztəminatlı insanlara xüsusi qayğı, diqqət, humanistlik göstərilsin. İnsanlar İlyas müəllimi həm də humanistliyinə görə sevib, həmişə də onun haqqında xoş sözlər danışıblar, bundan sonra da danışacaqlar.

Qorbaçovun hakimiyyətə gəldiyi dövrdə Özbəkistanda baş vermiş hadisələrlə bağlı SSRİ Baş prokurorluğu tərəfindən böyük bir briqada fəaliyyətə başladı. Onlar planda nəzərdə tutulmuş, faktiki isə görülməyən işləri guya aşkar edir, əsassız olaraq çoxsaylı insanların tutulmasına səbəb olurdular. İlyas müəllim bu özbaşınalıqların Azərbaycanda tətbiqinə imkan vermədi.

İlyas İsmayılov həmişə Ulu Öndərimizin haqqında xoş sözlər danışıb, onun qoyduğu siyasi mirasa sədaqət nümayiş etdirib və Cənab Prezidentin apardığı siyasətə həmişə hörmətlə yanaşmaqla bərabər, həyata keçirilməsində, təbliğində müstəsna əmək sərf edib.

İlyas müəllim Müstəqil Azərbaycan Dövlətinin Ədliyyə naziri vəzifəsində çalışıb. Hüquq-mühafizə orqanları içərisində ən aparıcı orqan kimi Ədliyyə orqanlarını İlyas müəllim nüfuza mindirməyə çalışmaqla bərabər, ona nail oldu. Məhkəmə sistemində qayda-qanunun yaranması, süründürməçiliyin aradan qaldırılması, mülki işlərə, cinayət işlərinə obyektiv və vaxtında baxılması İlyas İsmayılovun dövründə əsas prioritet məsələlərdən biri olub.

İlyas İsmayılov müstəqillik dövründə Milli Məclisə iki çağırış deputat seçilib. Xalq elçisi olmaq, xalqın qayğısına qalmaq və xalqı təmsil etmək baxımından da həmişə digərlərinə nümunə olub. Seçiciləri ilə tez-tez görüşlərin keçirilməsi, onların problemləri ilə vaxtaşırı maralanmaq, o problemlərin həll olunmasına nəzarət və diqqət onun əsas, vacib, ali amallarından biri idi.

İlyas müəllim eyni zamanda, Ədalət Partiyasının qurucusu idi. Partiyanın adında da bir rəmzi məna var – Ədalət hissi İsmayılovun qanına, amalına hopmuş ali hiss idi. İnsan ədaləti bir var sözü ilə, biri də var əməliylə, canıyla, qanıyla, ürəyi və düşüncəsi ilə bərpa edir. İlyas müəllim də ədaləti öz əməlləri ilə bərpa və bərqərar edirdi. İnsanlara qarşı münasibətdə hər bir məmurun ədalətli olması, xüsusilə də, hüquq-mühafizə orqanlarının işində ədalətli olmasını təbliğ edən şəxslərdən biri olub. Onun sədri olduğu siyasi partiya daim ictimai-siyasi həyatda aktiv iştirak edən, öndə gedən siyasi partiyalardan biri olub. Təsadüfi deyil ki, Ədalət Partiyası Parlament seçkilərində dəfələrlə aktiv iştirak edib və özünün timsalında bir neçə dəfə seçilibdir. Bu partiya Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunmasında da aktiv iştirak edən partiyalardan biridir.

İlyas müəllim digər partiyalara da, xüsusilə müxalif yönümlü partiyalara da bu gün ölkə rəhbərinin və Ulu Öndərimizin qoyduğu siyasi mirasın və Cənab Prezidentin apardığı siyasətin ətrafında daha sıx birləşməyin təşəbbüskarı olubdur. 44 günlük müharibə dövründə, işğal altında olan torpaqlarımızın azad olunmasında, onların səfərbər olunması, onların bir amala xidməti və yekdil Bəyanat qəbul etməsi məhz İlyas Abbas oğlu İsmayılovun xidmətləridir.

İlyas müəllim, eyni zamanda, elm adamıdır. Hüquq elmləri doktoru İlyas İsmayılov bir sıra monoqrafiyaların, elmi əsərlərin müəllifidir. Alim həm də cəmiyyətdə baş verən hadisələri elmi əsaslarla təhlil edib, problemlərin praktiki və nəzəri baxımdan həll olunması yollarını göstərməli, istiqamət verməli aidiyyatı qurumlara öz təsbitlərini təqdim etməlidir. İlyas müəllim bu baxımdan da həmişə öndə olub, cəmiyyətdə mövcud olan ictimai-siyasi, sosial, iqtisadi və digər problemlərin həll olunması ilə bağlı, xüsusilə, qanunvericilik yaradıcılığı ilə bağlı öz sanballı töhfələrini veribdir.

İlyas müəllimin oğul övladının vaxtsız itkisi onu sarsıtdı. Ata üçün ən ağrılı, sarsıdıcı dərddir övlad itkisi. Qaməti sınmayan, iradəsi bükülməyən İlyas müəllim o zərbəni aldıqdan sonra sağlamlığını itirdi. Bu həm də onun göstəricisidir ki, İlyas müəllimin ailəsinə, həyat yoldaşı Zəkiyyə bacıya, övladlarına qarşı sonsuz məhəbbəti, diqqəti, qayğısı olub. Bütün bunlar İlyas müəllimin bir ata kimi, Azərbaycan ailəsinin başçısı kimi də öz missiyasını layiqincə yerinə yetirməsindən xəbər verir.

İsmayılov həm də gözəl dost, həmsöhbət idi. Dostlarından öz qayğısını, diqqətini heç vaxt əsirgəməzdi. Çox vaxt fikirlərimiz üst-üstə düşürdü. Yaxşı xatirimdədir, mənim qardaşım dünyasını dəyişəndə ilk olaraq yanıma təsəlli üçün gələn İlyas müəllim olmuşdur.

İlyas müəllim bütün şüurlu həyatını vətəndaşın mövqeyi ilə yaşayıbdır. İnsan daim öz çiyinlərində vətəndaş məsuliyyətini dərk etməli, onu aparmağı bacarmalıdır. Cəmiyyətin formalaşması üçün hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərk etməlidir. İlyas İsmayılov belə vətəndaşlardan biri idi. Ona görə də onun keçdiyi həyat yolu da insanlara örnəkdir. Onun kimi vətənini, xalqını sevmək, onun kimi vətəninə, xalqına xidmət etmək, onun kimi təmənnasız xidmət göstərmək, dövlət mənafeyini, xalq mənafyini, ölkə mənafeyini, öz şəxsi mənafeyindən üstün tutmaq vacib şərtdir. El arasında gözəl bir ifadə var – cəmiyyət arasında vəzifəni nüfuza mindirən şəxs vəzifəni tutan şəxs olmalıdır. Həqiqətən İlyas müəllim tutduğu vəzifələrdən asılı olmayaraq, həmişə o vəzifəni nüfuza mindiribdir.

Xəstəxanada olduğu müddətdə dəfələrlə yanında olmuşam. Onun yoxluğundan sonra özümə yer tapa bilmirəm. Onun xatirəsi və ruhu qəlbimdə əbədi yaşayacaqdır. Mən bilirəm ki, bizim qədirbilən Azərbaycan xalqı da heç bir zaman belə tarixi şəxsiyyəti unutmayacaq.

Allah ona rəhmət eləsin! Qəbri nurla dolsun!

Yaxınlarına, doğmalarına dərin hüznlə başsağlığı verirəm.

İbrahim Quliyev

 Hüquq elmləri doktoru, professor, Azərbaycan Rerspublikasının Əməkdar müəllimi, Azərbaycan Respublikası Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, I Qarabağ Müharibəsi iştirakçısı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Aprel 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see314

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see310

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see258

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see247

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see246

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see238

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see236

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see231

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see226

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see222

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see221

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see219

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see217

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see215

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see212

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see212

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see199

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see196

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see194

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri