Tarix yazan böyük şəxsiyyət Rəsulzadə | Icma.az
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sadəcə bir dövlət başçısı deyildi, eyni zamanda Cənubi Qafqazdakı milli qurtuluş hərəkatının ideoloqu idiAzərbaycançılıq ideyasının təbliğiAzərbaycan Cümhuriyyətinin Milli Şurasının sədri, XX əsr Azərbaycan tarixinin böyük şəxsiyyəti Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.
Axund Hacı Molla Ələkbər oğlu Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub.
O, Bakı Texniki məktəbində təhsil alıb. Lakin təhsilini yarımçıq qoyaraq, siyasi fəaliyyətə başlayıb.
1902-ci ildə on yeddi yaşlı M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb.
Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
1917-ci ildən Məhəmməd Əmin Rəsulzadə o zaman Azərbaycanın ən böyük siyasi qüvvəsi olan "Müsavat" Partiyasının lideri olub.
Milli istiqlal hərəkatımızın və müsəlman Şərqində ilk respublika üsul-idarəsi olan Azərbaycan Cümhuriyyətinin təməlini qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir.
Tam oxu
Xəbəri oxu