Icma.az
close
up
RU
Tarix yazan böyük şəxsiyyət Rəsulzadə

Tarix yazan böyük şəxsiyyət Rəsulzadə

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sadəcə bir dövlət başçısı deyildi, eyni zamanda Cənubi Qafqazdakı milli qurtuluş hərəkatının ideoloqu idi


Azərbaycançılıq ideyasının təbliği

Azərbaycan Cümhuriyyətinin Milli Şurasının sədri, XX əsr Azərbaycan tarixinin böyük şəxsiyyəti Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. Axund Hacı Molla Ələkbər oğlu Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub. O, Bakı Texniki məktəbində təhsil alıb. Lakin təhsilini yarımçıq qoyaraq, siyasi fəaliyyətə başlayıb.

1902-ci ildə on yeddi yaşlı M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. 1917-ci ildən Məhəmməd Əmin Rəsulzadə o zaman Azərbaycanın ən böyük siyasi qüvvəsi olan "Müsavat" Partiyasının lideri olub. Milli istiqlal hərəkatımızın və müsəlman Şərqində ilk respublika üsul-idarəsi olan Azərbaycan Cümhuriyyətinin təməlini qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 


1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də Seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurulduğunu bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan cümhuriyyəti hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurdu. Lakin Azərbaycan Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşdi. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

M.Ə. Rəsulzadə XX əsr Azərbaycan siyasi tarixinin ən parlaq simalarından biridir. O, XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik ideallarının gerçəkləşməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Müasir Azərbaycan dövlətçiliyinin nəzəri əsaslarını formalaşdırıb, onun praktiki həyata keçirilməsinə mühüm töhfə verib. Rəsulzadənin istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində o, müstəqil Azərbaycan arzusu ilə yaşayıb və mübarizə aparıb. O, 1918-ci ilin mayında müasir Azərbaycan dövlətçiliyinin yaradılmasında nəzəri əsas kimi xidmət edən azərbaycançılıq ideologiyasının banisi olub.

M.Ə.Rəsulzadə yaradıcılığında azərbaycançılıq - “Azərbaycan qayəsi“, “Azərbaycan milli hərəkatı“ kimi dərin məna kəsb edir. Onun siyasi-ideoloji görüşlərində azərbaycançılıq vətənçilikdən geniş siyasi bir anlayış,  istiqlal ideologiyasıdır. M.Ə.Rəsulzadə ömrünün bütün mərhələlərində azərbaycançılıq ideyasına sadiq qalıb, əsərlərində dönə-dönə bu ideyanın əsası kimi milli birlik və istiqlalçılığı izah edib. Azərbaycançılıq M.Ə.Rəsulzadənin dünyanın müxtəlif dillərində çap olunmuş onlarla kitabının və yüzlərlə məqaləsinin, publisistik və bədii əsərlərinin mərkəzindən keçən ana xəttdir. Təsadüfi deyil ki, Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan böyük azərbaycanlı ömrünün son anında 3 dəfə - “Azərbaycan”, “Azərbaycan”, “Azərbaycan” deyərək, həsrətlə dünyasını dəyişib. Bu, sonrakı nəsillər üçün çox ibrətamiz bir taledir.

Rəsulzadənin azərbaycançılıq məfkurəsini dəyərləndirən  AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli “Sherg.az”a açıqlamasında deyib ki, Məhəmməd Əmin Rəsulzadə demək, Azərbaycan deməkdir:

"Tariximizə adını qızıl hərflərlə yazdıran bu böyük şəxsiyyətin adı elə Azərbaycanla birlikdə anılır.  1918-ci ildə qurulan türk dövlətinə Azərbaycan adını verən, bunu əsaslandıran Rəsulzadənin ideyası, şübhəsiz ki, türkçülük, tanrıçılıq, islamçılıq və çağdaşlıq əsasında meydana çıxan Azərbaycanizmdir. Bu gün dünya ölkələri arasında Azərbaycan adı ilə tanınır, qəbul ediliriksə, bu, ilk növbədə Rəsulzadənin uğurudur. Coğrafi anlam kəsb edən Azərbaycan adını, milli ideologiyaya, Azərbaycan türkü anlayışının ekvivalentinə çevirdi. M.Ə.Rəsulzadə sadəcə bir dövlət başçısı, Müsavat Partiyasının başqanı deyil, eyni zamanda çar Rusiyasında baş qaldıran inqilablardan sonra Cənubi Qafqazdakı müsəlmanların, türklərin lideri, milli qurtuluş hərəkatının ideoloqudur.

Azərbaycan Cümhuriyyətinin qurucusu,  milli ideoloq, mütəfəkkir Məhəmməd Əmin Rəsulzadədə Türklük və Turanla bağlı “Azərbaycan” milli ideyası I Dünya müharibəsi dövründə (1914-1918) meydana çıxıb. Belə ki, 1-ci Dünya müharibəsi nəticəsində yeni milliyyətlərin ortaya çıxacağına inanan Rəsulzadə təmsil olunduğu cəmiyyəti əvvəlcə Türk milliyyətçiliyi, ya da Qafqaz Türk milliyyətçiliyi, Qafqaz türkləri kimi qələmə versə də, daha sonra Azərbaycan Türk milliyətçiliyi, Azərbaycan türkləri anlayışları üzərində dayanıb. M.Ə.Rəsulzadə Azərbaycan milli ideyasını hər şeydən öncə Qafqaz türkləri ilə “İran” türklərini birləşdirən, onların biri-birindən ayrı deyil, vahid ulus olması anlamında gündəmə gətirib. Yəni Rəsulzadənin irəli sürdüyü “Azərbaycan” ideyasının əsasını Dərbənddən Kəngər körfəzinə, Bakıdan İrəvanadək eyni adət-ənənəyə, əxlaqa, məişətə, dilə, ədəbiyyata sahib olan türklərin vahidliyi, bütünlüyü təşkil edib. Bu mənada Rəsulzadə yazılarında  “Azərbaycan türkləri”, “Azərbaycan muxtariyyəti” anlayışlarına geniş yer verib, Türk xalqları arasında Azərbaycan türklərinin öz dili, öz ədəbiyyatı, öz adəti olmasını müdafiə edib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Mart 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri