Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin 2003-cü ildən etibarən ölkəmizə rəhbərlik etdiyi dövr olduqca mühüm bir mərhələ kimi tarixə düşmüşdür.
Bu illər ərzində Azərbaycan regionun lider dövləti kimi möhkəmlənərək beynəlxalq siyasətdə təsirli və səmərəli qərar qəbul edən bir aktor olaraq tanınmışdır.
Ötən dövrdə Azərbaycan dərin iqtisadi islahatlarla yanaşı, müstəqilliyin möhkəmləndirilməsi, tarixi ədalətin bərpası və xalqın rifahının təmin edilməsi sahələrində böyük uğurlar əldə etmişdir.
2003-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqa ünvanladığı tarixi müraciətində cənab İlham Əliyevin Azərbaycan dövlətinin gələcəyinə yönəlik yeganə düzgün seçim olduğunu vurğulamış və Onun rəhbərliyi ilə ölkənin daha da inkişaf edəcəyinə inamını ifadə etmişdir.
2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində cənab İlham Əliyev xalqın böyük etimadını qazanaraq Azərbaycan Prezidenti seçilmiş və bununla da ölkəmizin inkişafında yeni bir proses başlanmışdır.
Ulu Öndərin strateji yanaşması və uzaqgörən siyasətinə sadiq qalan dövlətimizin başçısı atasının müəyyən etdiyi milli inkişaf kursunu müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirərək Azərbaycana misilsiz uğurlar qazandırmışdır.
Dövlət başçısının ilk prezidentlik dövrü ölkənin iqtisadi, siyasi və sosial sahələrdə əsaslı dəyişikliklərin həyata keçirildiyi bir mərhələ kimi diqqət çəkir.