Icma.az
close
up
RU
Tarix yazan Lider

Tarix yazan Lider

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin 2003-cü ildən etibarən ölkəmizə rəhbərlik etdiyi dövr olduqca mühüm bir mərhələ kimi tarixə düşmüşdür. Bu illər ərzində Azərbaycan regionun lider dövləti kimi möhkəmlənərək beynəlxalq siyasətdə təsirli və səmərəli qərar qəbul edən bir aktor olaraq tanınmışdır. Ötən dövrdə Azərbaycan dərin iqtisadi islahatlarla yanaşı, müstəqilliyin möhkəmləndirilməsi, tarixi ədalətin bərpası və xalqın rifahının təmin edilməsi sahələrində böyük uğurlar əldə etmişdir.

2003-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqa ünvanladığı tarixi müraciətində cənab İlham Əliyevin Azərbaycan dövlətinin gələcəyinə yönəlik yeganə düzgün seçim olduğunu vurğulamış və Onun rəhbərliyi ilə ölkənin daha da inkişaf edəcəyinə inamını ifadə etmişdir. 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində cənab İlham Əliyev xalqın böyük etimadını qazanaraq Azərbaycan Prezidenti seçilmiş və bununla da ölkəmizin inkişafında yeni bir proses başlanmışdır. Ulu Öndərin strateji yanaşması və uzaqgörən siyasətinə sadiq qalan dövlətimizin başçısı atasının müəyyən etdiyi milli inkişaf kursunu müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirərək Azərbaycana misilsiz uğurlar qazandırmışdır.

Dövlət başçısının ilk prezidentlik dövrü ölkənin iqtisadi, siyasi və sosial sahələrdə əsaslı dəyişikliklərin həyata keçirildiyi bir mərhələ kimi diqqət çəkir. Xüsusilə, dövlət strukturlarında müasir idarəetmə mexanizmlərinin tətbiqi, vətəndaşların hüquq və azadlıqlarının daha geniş təminatı və beynəlxalq miqyasda Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Onun uzaqgörən siyasətinin təzahürü olmuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun enerji mərkəzinə çevrilmiş, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri isə bu prosesin başlanğıcı olmuşdur. Xəzər dənizinin enerji ehtiyatlarını Avropa bazarlarına çatdırmaqla yanaşı, bu strateji layihə Azərbaycanın iqtisadi müstəqilliyini daha da gücləndirmişdir. Dövlət başçısının müdrik siyasəti nəticəsində reallaşdırılan bu layihə Azərbaycanın yalnız regional deyil, həm də qlobal enerji təhlükəsizliyində əhəmiyyətli bir tərəfdaşa çevrilməsinə şərait yaratmışdır.

Daha sonra həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi isə Azərbaycan Prezidentinin qətiyyətli siyasətinin və strateji baxışının daha bir nümunəsi olmuşdur. Bu layihə Azərbaycanın təbii qazını Avropa bazarlarına çatdırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün mühüm bir vasitəyə çevrilmişdir. Cənub Qaz Dəhlizi həm Azərbaycanın iqtisadi mənfəətlərinə xidmət etmiş, həm də ölkəmizin beynəlxalq müstəvidə strateji tərəfdaş kimi mövqeyini gücləndirmişdir.

Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın beynəlxalq münasibətlər sistemində güclü və etibarlı bir tərəfdaş kimi çıxış etməsini təmin etmişdir. Onun rəhbərliyi ilə Azərbaycan çoxşaxəli və balanslı xarici siyasət həyata keçirmiş, həm qonşu dövlətlərlə, həm də qlobal güclərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmuşdur. Dövlət başçısının xarici siyasətinin ən diqqətəlayiq cəhətlərindən biri Qoşulmama Hərəkatına Azərbaycanın uğurlu sədrliyi olmuşdur. Azərbaycan pandemiya dövründə bu təsisata sədrlik edərək qlobal miqyasda həmrəyliyin təmin olunmasına və ehtiyac içində olan ölkələrə yardım göstərilməsinə xüsusi diqqət yetirmişdir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 2020-ci ilin Vətən müharibəsində 44 gün ərzində Ermənistan silahlı qüvvələrini darmadağın edərək işğal altında olan torpaqlarımızı azad etmişdir. Müharibə dövründə dövlət başçısının beynəlxalq media və diplomatik arenada göstərdiyi fəaliyyət Azərbaycanın haqq işini dünyaya çatdırmaq baxımından əhəmiyyətli olmuşdur. Onun qətiyyətli çıxışları, beynəlxalq ictimaiyyətə ünvanlanan mesajları və hərbi əməliyyatlar zamanı nümayiş etdirdiyi strateji uzaqgörənlik Azərbaycanın Qələbəsini şərtləndirən əsas amillərdən biri olmuşdur.

2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tarixi uğurla sona çatan lokal xarakterli antiterror əməliyyatının nəticələrini belə dəyərləndirdi: “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik”.

Müharibədən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilmişdir. Qarabağda və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına əsaslanan müasir yaşayış məntəqələrinin tikintisi, bu regionların yenidən Azərbaycanın iqtisadi və mədəni həyatına inteqrasiyasını təmin etmişdir. Bu ərazilərin tarixi və mədəni irsinin bərpası xüsusi diqqət mərkəzində saxlanmışdır. Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi və orada keçirilən beynəlxalq tədbirlər, bu şəhərin əvvəlki əzəmətinə qovuşması yolunda mühüm addımlar olmuşdur.

Prezident İlham Əliyevin 2003-2024-cü illərdəki fəaliyyəti ölkənin strateji hədəflərinin düzgün müəyyən edilməsi və bu hədəflərə nail olunmasında qətiyyətli qərarların qəbul edilməsi ilə səciyyələnir. Bu illər Azərbaycan tarixində müstəqilliyin möhkəmləndirilməsi, beynəlxalq nüfuzun artırılması və xalqın rifahının təmin edilməsi baxımından qızıl dövr kimi yadda qalacaqdır.

Ötən dövr Azərbaycan xalqının gücünü, iradəsini və həmrəyliyini bütün dünyaya nümayiş etdirən bir mərhələ olaraq tarixə həkk olunmuşdur. Prezident İlham Əliyev təkcə keçmiş nailiyyətlərə görə deyil, həm də gələcəyə yönəlik strateji baxışları ilə xalqının və dövlətinin gələcəyini formalaşdıran unikal bir lider kimi tarixə düşmüşdür.

Bədəl Bədəlov

Milli Məclisin deputatı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Dekabr 2024 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri