Icma.az, Xalq qazeti saytına istinadən bildirir. Yeni hərbi təyyarələr, sadəcə, uçan maşınlar deyil.
Onlar güc nümayişi, mühəndislik mərhələləri və bəzən insanlığın yaratdığı ən mürəkkəb texniki sistemlərdir.
Eşelonlaşdırılmış hava hücumundan müdafiəni yara bilən “stealth” bombardmançılardan tutmuş dövlət təhlükəsizliyi üçün yaradılan hava komanda məntəqələrinə qədər- aşağıda tarixdə hazırlanmış ən bahalı beş hərbi təyyarə təqdim olunur.
1. B-2 SpiritB-2 Spirit tarixdə ən bahalı təyyarə titulunu bu günədək qoruyub saxlayır.
ABŞ Hərbi Hava Qüvvələri və Pentaqonun məlumatına görə, 1997-ci ilə qədər proqramın ümumi dəyəri 21 təyyarə üçün 44,75 milyard dollar olub.
Bu isə hər bir bombardmançının təxminən 2 milyard dollara başa gəlməsi deməkdir.
HHQ inflyasiyaya uyğunlaşdırılmış rəsmi rəqəmlər açıqlamadığı üçün analitiklər adətən sənədləşdirilmiş “bir təyyarəyə 2 milyard dollar” göstəricisinə istinad edirlər.
Ümumilikdə 21 ədəd B-2 Spirit istehsal olunub, onlardan 19-u bu gün də xidmətdədir. 2.