Icma.az
close
up
RU
Tarixdə ən bahalı beş hərbi təyyarə

Tarixdə ən bahalı beş hərbi təyyarə

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Yeni hərbi təyyarələr, sadəcə, uçan maşınlar deyil. Onlar güc nümayişi, mühəndislik mərhələləri və bəzən insanlığın yaratdığı ən mürəkkəb texniki sistemlərdir. Eşelonlaşdırılmış hava hücumundan müdafiəni yara bilən “stealth” bombardmançılardan tutmuş dövlət təhlükəsizliyi üçün yaradılan hava komanda məntəqələrinə qədər- aşağıda tarixdə hazırlanmış ən bahalı beş hərbi təyyarə təqdim olunur.

1. B-2 Spirit
B-2 Spirit tarixdə ən bahalı təyyarə titulunu bu günədək qoruyub saxlayır. ABŞ Hərbi Hava Qüvvələri və Pentaqonun məlumatına görə, 1997-ci ilə qədər proqramın ümumi dəyəri 21 təyyarə üçün 44,75 milyard dollar olub. Bu isə hər bir bombardmançının təxminən 2 milyard dollara başa gəlməsi deməkdir.

HHQ inflyasiyaya uyğunlaşdırılmış rəsmi rəqəmlər açıqlamadığı üçün analitiklər adətən sənədləşdirilmiş “bir təyyarəyə 2 milyard dollar” göstəricisinə istinad edirlər. Ümumilikdə 21 ədəd B-2 Spirit istehsal olunub, onlardan 19-u bu gün də xidmətdədir.

2. VC-25B “Air Force One”
VC-25B - ABŞ prezidentinin istifadə edəcəyi təyyarədir. Bu, hərbi məqsədlər üçün yaradılan ən bahalı təyyarələrdən biridir.

2018-ci ildə ABŞ HHQ Boeing şirkəti ilə iki 747-8 sərnişin təyyarəsinin yeni nəsil Air Force One-a çevrilməsi üçün 3,9 milyard dollarlıq müqavilə bağlayıb. İnflyasiya və əlavə xərclər daxil edildikdə, hər bir təyyarənin real dəyərinin 2–2,5 milyard dollar olduğu təxmin edilir - bu, istismar xərcləri nəzərə alınmadan verilən rəqəmdir.

3. B-21 Raider
B-21 Raider bu siyahıda hələ inkişaf mərhələsində olan yeganə təyyarədir, lakin buna baxmayaraq ən bahalı təyyarələr sırasında yer alır. ABŞ HHQ təyyarənin 2022-ci il qiymətləri ilə orta alış dəyərini 692 milyon dollar səviyyəsində müəyyən edib.

Açıq mənbələrə əsasən, real dəyərin inflyasiya və əlavə texniki xərclərdən asılı olaraq bir təyyarə üçün 750–800 milyon dollar arasında dəyişəcəyi göstərilir. Bu rəqəm B-2 ilə müqayisədə ucuz görünə bilər, lakin nəzərdə tutulan ən azı 100 ədədlik alış planı və bunun 145-ə qədər artma ehtimalı məbləği yenə də nəhəng edir.

4. F-22 Raptor
Elmi-tədqiqat, təcrübə-konstruktor işləri və infrastruktur xərcləri nəzərə alındıqda, hər bir F-22 təyyarəsi ABŞ-a təxminən 350–360 milyon dollara başa gəlib. Proqramın ümumi dəyəri 67,3 milyard dollar, istehsal edilən təyyarələrin sayı isə 195 olub.

Bu, F-22 Raptor-u tarixdəki ən bahalı qırıcı təyyarələrdən birinə çevirir və planlaşdırılan 750 ədədlik sifarişin niyə dörd dəfə azaldıldığını da izah edir. Hazırda ABŞ HHQ-in xidmətində təxminən 180 F-22 mövcuddur.

5. F-35 Lightning II
F-35 yığım dəyərinə görə ən bahalı təyyarə olmasa da, şübhəsiz ki, tarixdəki ən bahalı silah proqramıdır. ABŞ Hesablama Palatasının məlumatına görə, F-35 proqramının tam həyat dövrü (tərtibat, istehsal, istismar və texniki xidmət daxil olmaqla) 2070-ci ilə qədər 1,7 trilyon dolları aşacaq.

Bu, ABŞ ordusunun bütün F-35 parkını nəzərə aldıqda hər bir təyyarəyə görə 400 milyon dollardan çox xərc deməkdir - bu da F-35-i tarixdəki ən bahalı döyüş təyyarələrindən birinə çevirir.

Yığım dəyəri variantdan asılı olaraq 80–120 milyon dollar arasında dəyişir. Artıq ABŞ-ın üç qoşun növünə və 20-dən çox müttəfiq ölkəyə 1000-dən çox F-35 təhvil verilib. İstehsalın ən azı 2040-cı illərə qədər davam edəcəyi gözlənilir.

Hazırladı:

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2025 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see244

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see236

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see230

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see229

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see227

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see224

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see224

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see224

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see218

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see202

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see199

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see198

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see195

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see192

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see189

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see189

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see186

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see184

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see180

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri