Tarixi ədalətsizliyə son! | Icma.az
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İlham Əliyev: Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar Qalib Azərbaycan daha bir ümummilli ideyamızın reallaşmasına - zamanında indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın ləyaqətli şəkildə tarixi yurd yerlərinə qayıdışına addım-addım yaxınlaşır.
Dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcmasının (QAİ) “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans keçirilib.
Prezident İlham Əliyev tədbir iştirakçılarına ünvanladığı məktubunda vurğulayıb ki, Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar.
Yüz minlərlə azərbaycanlının faciəsinə səbəb olan dəhşətli deportasiyalar Azərbaycanlıların doğma yurd yerlərindən çıxarılması prosesi xüsusilə ötən əsrin əvvəllərindən başlayaraq kütləvi hal alıb.
XX yüzillikdə soydaşlarımız düz 3 dəfə deportasiyaya məruz qalıblar.
1918-ci ildə baş verən birinci deportasiya zamanı qədim Azərbaycan şəhəri olan İrəvan zorla Ermənistana verilib.
1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə digər tarixi torpağımız Zəngəzur Azərbaycandan alınaraq Ermənistana birləşdirilib.
Tam oxu
Xəbəri oxu