Icma.az
close
up
RU
Tarixi ədalətsizliyə son!

Tarixi ədalətsizliyə son!

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İlham Əliyev: Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar

Qalib Azərbaycan daha bir ümummilli ideyamızın reallaşmasına - zamanında indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın ləyaqətli şəkildə tarixi yurd yerlərinə qayıdışına addım-addım yaxınlaşır. Dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcmasının (QAİ) “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans keçirilib.  Prezident İlham Əliyev tədbir iştirakçılarına ünvanladığı məktubunda vurğulayıb ki, Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar.

Yüz minlərlə azərbaycanlının faciəsinə səbəb olan dəhşətli deportasiyalar

Azərbaycanlıların doğma yurd yerlərindən çıxarılması prosesi xüsusilə ötən əsrin əvvəllərindən başlayaraq kütləvi hal alıb. XX yüzillikdə soydaşlarımız düz 3 dəfə deportasiyaya məruz qalıblar. 1918-ci ildə baş verən birinci deportasiya zamanı qədim Azərbaycan şəhəri olan İrəvan zorla Ermənistana verilib.  1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə digər tarixi torpağımız Zəngəzur Azərbaycandan alınaraq Ermənistana birləşdirilib. Bundan sonra 1948-1953-cü illər deportasiyası gəlir.

Qərbi Azərbaycandan soydaşlarımızın XX yüzillikdə sonuncu deportasiyası ötən əsrin səksəninci illərinin sonlarına təsadüf edir. Həmin dövrədək soydaşlarımız Ermənistanın 300-dən çox şəhər və kəndində məskunlaşmışdılar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı. “Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilmişdir”, - deyə Prezident İlham Əiyev vurğulayıb.

Ermənistanın dözümsüzlüyü və irqçiliyi

Ən qəddar formalarda həyata keçirilən deportasiyalar nəticəsində yalnız insanlar faciələrlə üzləşməmişlər. Həmçinin tarixi abidələrimiz, mədəni-dini irs nümunələrimiz də erməni vandalizminə məruz qalıb. Ermənilər tarixi ərazilərimizdə azərbaycanlı izlərini itirməkdən ötrü ən ağlagəlməz vasitələrə əl atıblar. Hətta qəbiristanlıqlar, məscidlər belə dağıdılıb. O cümlədən UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurulub. Xalqımızın Ermənistan ərazisində yaratdığı mədəni irs nümunələrindən yalnız Göy Məscid günümüzə qədər salamat qalıb. Lakin bu abidəyə münasibətdə də erməni xisləti ortadadır. Belə ki, Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Prezident İlham Əliyev bildirib ki, regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyildir.

Bütün bunlarla kifayətlənməyən Ermənistan ötən əsrin doxsanıncı illərinin əvvəllərindən etibarən Azərbaycana qarşı elan olunmayan müharibəyə başlayıb və havadarlarının dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal edib. Bu işğal nəticəsində də xalqımız etnik təmizləməyə məruz qalıb, şəhər və kəndlərimiz, mədəni abidələrimiz dağıdılıb, sərvətlərimiz talanıb. Azərbaycan bu ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına öz gücünə son qoymağı bacardı.

Sırf insan haqları məsələsi

Məktubda da vurğulandığı kimi, təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir. O cümlədən Ermənistan soydaşlarımızın yurd yerlərinə qayıdış hüququnu tanımaq istəmir. Rəsmi İrəvan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır.

Qalib Azərbaycanın heç bir qonşu dövlətə qarşı ərazi iddiası yoxdur. Burada da söhbət Ermənistana qarşı ərazi iddialarından deyil, yüz minlərlə azərbaycanlını tarixi yurd yerlərinə qayıdışına şərait yaradılmasından gedir. Qayıdış hüququ beynəlxalq konvensiyalarda təsbit olunub. QAİ-nin  məqsədi də Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir.” Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Dekabr 2024 07:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see557

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see209

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see204

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see190

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see179

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see177

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see177

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see175

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see172

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see172

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see168

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see167

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see166

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see166

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see166

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see165

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see165

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see165

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see162

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri