Tarixi onlar yazdı ruhsuz komandaya “3” | Icma.az
Icma.az, futbolpress-az saytına istinadən bildirir. Azərbaycan millisi yoldaşlıq oyununda Haitiyə uduzub – 0:3.
Qələbə rəqibin tarixinə qızıl hərflərlə düşüb. Belə ki, amerikalıları tarixində ilk dəfə Avropadan bir komandaya qalib gəlib.
Haiti eyni zamanda qələbə seriyasını 9-a çatdıraraq ilki bacarıb.
Azərbaycan yığmasının isə Fernandu Santuşun rəhbərliyi altındakı qələbəsizlik seriyası davam edir.
Artıq bir ilə yaxındır, millinin sükanı arxasında olan mütəxəssisin yığmada üzü hələ gülməyib.
Haiti ilə matçda ruhsuz, istəksiz təsir bağışlayan milli layiq olduğu məğlubiyyəti yaşadı.
İstər müdafiə, istər yarımmüdafiə, istərsə də hücumda dişsiz görünən yığma oyunun birinci hissəsində daha çox qol imkanı yaratmasına baxmayaraq, sadə epizodlar dəyərləndirilmədi.
Fasilədən sonra toparlanacağı proqnozlaşdırılan milli daha pis təsir bağışladı.
Tam oxu
Xəbəri oxu