Icma.az
close
up
RU
Tarixi onlar yazdı ruhsuz komandaya “3”

Tarixi onlar yazdı ruhsuz komandaya “3”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan millisi yoldaşlıq oyununda Haitiyə uduzub – 0:3.

Qələbə rəqibin tarixinə qızıl hərflərlə düşüb. Belə ki, amerikalıları tarixində ilk dəfə Avropadan bir komandaya qalib gəlib. Haiti eyni zamanda qələbə seriyasını 9-a çatdıraraq ilki bacarıb.

Azərbaycan yığmasının isə Fernandu Santuşun rəhbərliyi altındakı qələbəsizlik seriyası davam edir. Artıq bir ilə yaxındır, millinin sükanı arxasında olan mütəxəssisin yığmada üzü hələ gülməyib.

Haiti ilə matçda ruhsuz, istəksiz təsir bağışlayan milli layiq olduğu məğlubiyyəti yaşadı. İstər müdafiə, istər yarımmüdafiə, istərsə də hücumda dişsiz görünən yığma oyunun birinci hissəsində daha çox qol imkanı yaratmasına baxmayaraq, sadə epizodlar dəyərləndirilmədi. Fasilədən sonra toparlanacağı proqnozlaşdırılan milli daha pis təsir bağışladı. İkinci hissənin əvvəlində orta xəttdəki boşluqlardan maksimum yararlanan Haiti ikinci qolu da vuraraq, oyunu erkən “bitirdi”. Qoldan sonra artıq top çevirməyə başlayan milli də qol vurma istəyi də görünmürdü. Ara-sıra hücumlarla rəqib qapısına yaxınlaşan yığma ciddi təhlükə yarada bilmədi. Əvəzində amerikalılar sürətli əks-hücuma müdafiəni “rüsvay” edərək, fərqləndi. Üçüncü qoldan sonra müdafiəçi Elvin Cəfərquliyevin də 1 dəqiqə içində 2 “sarı” alaraq meydandan qovulması oyunun son yadda qalan hadisəsi oldu.

Gələcəyin milli komandasını quracağını deyən, oyunçuların potensialından bəh-bəhlə danışan Santuş matçdan sonra baş tutan mətbuat konfransında geri addım atdı. Hücum futbolu yox, bundan sonra müdafiəyə qapanıb, əks-hücumlara belə bağlamalı olduqlarını deyən mütəxəssis bir növ millini keçmiş sisteminə qaytaracağına işarə etdi. Haiti qarşısında acif futbol oynayan komandadan DÇ-2026-nın seçmə mərhələsində nəsə nəticə gözləmək də sadəlövhlük olar…

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 Mart 2025 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see384

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see366

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see307

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see300

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see295

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see291

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see287

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see271

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see247

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see240

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri