Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Misir Mərdanov Mirzə İbrahimovu tarixin səssizliyindən bu günün aktual düşüncə məkanına qaytardı Milli Mədəniyyətimizin tarixində elə simalar var ki, onların həyat və yaradıcılığı miqyasina görə bütöv bir dönəmlə, taleyi isə yaşadığı ölkənin, vətəninin səlnaməsi ilə ölçülür.
Zəmanəsinin gömrkəmli ictimai siyasi və dövlət xadimi, xalq yazıçısı Mirzə İbrahimov məhz belə nadir şəxsiyyətlərdəndir.
Lakin tarixi məsuliyyətin digər, əhəmiyyəti heç də bundan az olmayan bir tərəfi də mövcudur; bu isimlər haqqında bu gün kim və necə söhbət açır, hansı fikirləri dilə gətirir, nələri vurğulayır, nəzər diqqətini hansı anlarda cəmləşdirir.
Bu mənada müasirimiz ictimai-siyasi xadim, alim, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Misir Mərdanovun “525-ci qəzet”də işıq üzü görən və “Sənət Akademiyası” beynəlxalq elmi-nəzəri jurnalının xüsusi buraxılışının səhifələrində yer alan fundamental elmi publitistik tədqiqatı tam səmimi, protokoldan kənar, ideologiyadan azad və bər-bəzəksiz mədəniyyətimizin inkişaf yollarını, gedəcəyi istiqaməti göstərən çox gözəl düşünülmüş bir xəritə, bir naviqasiyadır.
Bu xəritədə keçmiş, müasirliyə - bu günümüzə dönür; muzeylərə xas olan tozsuz və ideoloji qrimsiz.
Misir müəllim araşdırmasında nə sıravi arxiv işçisi mövqeyindən çıxış edir, nə də ki, coşğun müdafiəçi rolunu oynayaraq, qəhrəmanını ideallaşdırmaq vəzifəsini də üzərinə götürmür.
Bunlar onun ampluası deyil. Onun analizi Mirzə İbrahimovun intellektual bərpasına yeni yanaşmadır.