Icma.az
close
up
RU
Tarixi yaddaşın memarı

Tarixi yaddaşın memarı

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misir Mərdanov Mirzə İbrahimovu tarixin səssizliyindən bu günün aktual düşüncə məkanına  qaytardı

Milli Mədəniyyətimizin tarixində elə simalar var ki, onların həyat və yaradıcılığı miqyasina görə bütöv bir dönəmlə, taleyi isə yaşadığı ölkənin, vətəninin səlnaməsi ilə ölçülür. Zəmanəsinin gömrkəmli ictimai siyasi və dövlət xadimi, xalq yazıçısı Mirzə İbrahimov məhz belə nadir şəxsiyyətlərdəndir. Lakin tarixi məsuliyyətin digər, əhəmiyyəti heç də bundan az olmayan bir tərəfi də mövcudur; bu isimlər haqqında bu gün kim və necə söhbət açır, hansı fikirləri dilə gətirir, nələri vurğulayır, nəzər diqqətini hansı anlarda cəmləşdirir. Bu mənada müasirimiz ictimai-siyasi xadim, alim, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Misir Mərdanovun “525-ci qəzet”də işıq üzü görən və “Sənət Akademiyası” beynəlxalq elmi-nəzəri jurnalının xüsusi buraxılışının səhifələrində yer alan fundamental elmi publitistik tədqiqatı tam səmimi, protokoldan kənar, ideologiyadan azad və bər-bəzəksiz mədəniyyətimizin inkişaf yollarını, gedəcəyi istiqaməti göstərən çox gözəl düşünülmüş bir xəritə, bir naviqasiyadır. Bu xəritədə keçmiş, müasirliyə - bu günümüzə dönür; muzeylərə xas olan tozsuz və ideoloji qrimsiz.

Misir müəllim araşdırmasında nə sıravi arxiv işçisi mövqeyindən çıxış edir, nə də ki, coşğun müdafiəçi rolunu oynayaraq, qəhrəmanını ideallaşdırmaq vəzifəsini də üzərinə götürmür. Bunlar onun ampluası deyil. Onun analizi Mirzə İbrahimovun intellektual bərpasına yeni yanaşmadır. Və bu yanaşmada Mirzə İbrahimov tarixin sərt təzyiqləri şəraitində fəaliyyət göstərən canlı, təzadlı, güclü insandır. Dönəmimizdə yaranan məhz bu baxış bucağı, XX əsrin böyük xadimlərinin bioqrafları tərəfindən yaradılan şuarlara endirilmiş və yaxud əxlaqi dəyərlərin qeyri-mütləq olduğu baxışlarda itib batmış məlumatlardan fərqli olduğu üçün dəyərli və əhəmiyyətlidir. 

Misir Mərdanovun müstəsna  xidməti ondan ibarətdir ki, o Mirzə İbrahimovun simasını tarixi fiqur olaraq ədəbiyyat sahəsində çalışan xadim və yaxud inzibati məmur çərçivəsindən çıxarır. Onun tədqiqatı xalq yazıçısını ardıcıl olaraq müxtəlif spektrlərdə; mədəniyyət, siyasət, təhsil sahələrində, beynəlxalq humanitar strukturlarda hər an sistemli  olaraq çalışan dövlət xadimi kimi göstərir. Bu miqyas xüsusi analitik vasitələr, kilidlər tələb edir və bu kilidlərə Misir Mərdanov sahib olduğunu məharətlə nümayiş etdirə bilir. Müəllif, Mirzə İbrahimovun həyatını, istinad edilən müəyyən epizodlara parçalamır, onun həyat yolunu tam olaraq  - vahid, böyük əhəmiyyətli yol olaraq təqdim edir: Cənubi Azərbaycandan başlayan atasız, anasız böyüyən yetim uşaqlıq çağından Kremlə qədər, fabrik-zavod məktəbindən akademik institutlara qədər, ilk nəşrlərindən respublika və Sovetlər birliyində səslənən taleyüklü çıxışlarına qədər... Bunun nəticəsi olaraq oxucunun önündə təqvim rəqəmlərindən daha çox, həyatın məntiqi yolu canlanır.

Misir Mərdanovun mülahizələrində Mirzə İbrahimov şəxsiyyətinin ictimai-siyasi dəyərləri, ölçüsü önəmli yer tutur. Müəllif inandırıcı olaraq bildirir: söhbət hakimiyyətdə  müvafiq vəzifəyə sahib olan bir yazıçıdan deyil, prinsiplərindən imtina etməyən, sərt iyerarxiya şəraitində fəaliyyətə keçən, fəal mövqe tutan ziyalıdan gedir.

Misir müəllim dəlillərə söykənərək Mirzə İbrahimovun ağır repressiya illərində mədəniyyət və incəsənət xadimlərinin qorunması və müdafiəsindəki rolunu, milli humanitar siyasətin formalaşmasındakı xidmətlərini, dövlətin təməl siyasətində Azərbaycan dilinin inkişafı ideyasını hərəkətə gətirib təşfiq və təbliğ etməsini təfsilatı ilə təhlil edir. Bununla yanaşı müəllif sadələşdirilmiş qəhrəmanlıq sxemlərindən imtina edir. Onun qəhrəmanı riskli, kompromisə açıq, daxilən gərgin olsa da, sözün düzünü deməyi və ya strateji susmağı üstün tutmaq anını üstün bilən və dəqiq seçməyi bacara bilən bir insandır. 

Günümüzdə belə bir təhlilə çox ehtiyac var. Çünki məhz bu gün “siyasi hakimiyyətdə təmsil olunan ziyalı” anlayışı inamsızlıqla qarşılanır. Misir Mərdanov bu anlayışın unudulmuş, hətta bəzən itirilmiş, zaman keçdikcə əridilmiş həcm, məna və ləyaqətini qaytarır.

Tədqiqatın ən güclü fikir blokundan biri də Azərbaycan dilinin dövlət dili olaraq təsbit edilməsi sahəsində Mirzə İbrahimovun rolunun işıqlandırılmasıdır. Müəllif bu prosesi formal bir qərar müstəvisindən çıxararaq, xalqın hakimiyyətlə öz dilində danışmaq haqqı uğrunda apardığı mübarizə kimi təqdim edir.

Misir Mərdanov dəqiqliklə vurğulayır: Mirzə müəllim üçün dil ritorika aləti deyil, millətin var olma forması idi. Sənədlər, çıxışlar və məqalələr vasitəsilə müəllif açıq siyasi qarşıdurmadan heç də az cəsarət tələb etməyən ardıcıl və prinsipial xəttin mənzərəsini yaradır. Bu kontekstdə Mirzə İbrahimov “mədəni suverenlik” anlayışının siyasi leksikona daxil olmasından xeyli əvvəl bu düşüncənin strateji lideri kimi təqdim edilir.

Diqqəti cəlb edən həm də tədqiqatın üslubudur. Misir Mərdanov bu baxımdan da mürəkkəb bir məsələnin öhdəsindən gəlir; miqyaslı bir şəxsiyyət haqqında yazarkən, mövzunun dərinliyini qoruyaraq geniş auditoriya ilə xalqın anladığı sadə bir dildə danışır. Onun mətni – canlı təfsilatları, dəqiq sitatları, anlaşıqlı müəllif nöqteyi nəzəri ilə intellektual bir reportaj olaraq on illərin sərhədini keçir. Bu, sözün əsl mənasında, həqiqi bir təbliğat üsuludur. Bu əslində mürəkkəb olanın bəsitləşdirilməsi deyil, oxucunu müəllifin öz düşüncələrinə, fikirlərinə dəvət etmək bacarığıdır. 

Diqqəti çəkən bir də budur ki, Misir Mərdanov öz məqaləsində gəldiyi nəticələri heç bir kimsəyə təkidlə dayamaq  istəmir, o sadəcə arqumentləri sıralamaqla oxucuya Mirzə İbrahimovun bir tarixi fiqur, bir insan, çəkisi olan bir şəxsiyyət olaraq duyulmasına, dərk edilməsinə yol açır. 

Onu da qeyd etmək lazımdır ki, Misir Mərdanovun bu fundamental əsəri yubiley və ya xatirə janrının çərçivələrini aşır. Bu araşdırma yazısı gələcəyə köklənib. Cəmiyyətin yenidən mədəniyyətdə, tarixdə, məsuliyyət və xidmət obrazlarında dayaq nöqtələri axtardığı bir zamanda Mirzə İbrahimovun şəxsiyyəti aktual kontekstə qaytarılması strateji əhəmiyyət kəsb edir.

Məhz bu nöqtədən yanaşaraq Mirzə İbrahimovun həyat və yaradıcılığına qayıdış aktual kontekst qazanır.

Misir Mərdanov göstərir ki, milli elita qaragüruh bəyanatlardan deyil, günlərlə, illərlə zəhmət  çəkməkdən, şəxsi intizamdan və öz zəmanəsinin hüdudlarını aşaraq daha geniş düşünmə bacarığından formalaşır. Onun mətni xatırladır ki, tarix – nailiyyətlərin yığını deyil, hər bir nəslin kimi və necə xatırlaması üçün seçim məkanıdır.

Beləliklə, professor Misir Mərdanov bu fundamental elmi-publisistik tədqiqatında tarixi yaddaşın memarı kimi çıxış edir. O, sənəd dəqiqliyini, analitik dərinliyi və publisistik enerjini bir araya gətirməyə nail olur. Bu baxımdan, Misir müəllimin sözü gedən araşdırma ilə Mirzə İbrahimov irsinin təbliğinə verdiyi töhfə unikal faktlarla XXI əsr üçün də aktual olan bütöv bir şəxsiyyət obrazının yaradılmasından ibarətdir.

Məhz bu kimi fundamental araşdırmalar pafossuz, nostaljisiz, ideoloji basqısız, sakit, inandırıcı və yetkin şəkildə cəmiyyətin mədəni immunitetini formalaşdırır.

Əbülfəz Babazadə

kulturoloq-yaponşünas

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Yanvar 2026 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see368

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see218

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see216

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see188

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see185

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see183

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see178

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see175

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see170

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see164

ABŞ senatoru FTB ni Bayden ailəsi tərəfindən törədilən mümkün cinayətləri ört basdır etməkdə ittiham edib

19 Avqust 2026 14:13see163

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see163

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see161

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see159

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see159

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see157

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see153

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see152

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see148

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri