Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
1816-cı ildə baş verən "Yaysız il" əslində iqlimin qəfil və kəskin şəkildə dəyişdiyi, təbii fəlakətlər və ictimai-siyasi sarsıntılar gətirdiyi qeydə alınmış yeganə epizoddan çox uzaq idi.
536-cı ildə planetdə o qədər ciddi bir hadisə baş verdi ki, o zaman insanlar dünyanın sonu haqqında danışmağa başladılar.
Qaynarinfo xəbər verir ki, bu barədə amerikalı təkamülçü bioloq Skott Travers "Forbes" səhifələrində yazır.
O dövrün yazılı qeydlərində Roma və Çin müəllifləri qorxulu rəngsiz səmaları, tez-tez yağan qarları və kütləvi aclığı təsvir edirdilər.
Müasir elmi araşdırmalar göstərir ki, 536-cı il faciəsi o vaxtlar hesab edildiyi kimi müəmmalı "günəşin ölümü” deyil, güclü vulkan püskürməsinin nəticəsidir.
Qrenlandiya və Antarktidadan götürülmüş buz nümunələri üzərində aparılan tədqiqatlar həmin dövrə aid nəhəng sulfat yataqlarının olduğunu göstərib.
Onun hansı vulkan olduğu dəqiq məlum deyil. Bəlkə İslandiyada, bəlkə də Alyaskadakı vulkan olub.