Tarixin ən qorxunc qadını: Tələsinə düşən sağ qalmırdı... | Icma.az
News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cinayətkar, yoxsa cəmiyyət tərəfindən yanlış anlaşılmış adi bir insan?..
Onun adı hələ də tarixçilər, turistlər və əfsanəsevərlər arasında maraqla müzakirə olunur.Laviniya Fişer Amerika tarixində ilk qadın seriya qatil olaraq tanınır.
Həyatı və cinayətləri ilə bağlı çoxlu mübahisələr olsa da, Laviniya və həyat yoldaşı Con Fişer XIX əsrin əvvəllərində Cənubi Karolinanın ən qorxunc cütlüyü kimi yadda qalıb.Laviniya 1793-cü ildə doğulub.
Uşaqlıq illəri və gənclik həyatı haqda məlumatlar çox məhduddur.
Bioqrafiyasında cazibədar, ağıllı və manipulyativ bir qadın olduğu yazılır.Con Fişerlə "Six Mile Wayfarer House" adlı oteli işlədirdi.
Çarleston şəhəri yaxınlığında yerləşən otel səyyahlar üçün dayanacaq yeri idi.Əfsanəyə görə, Laviniya və Con otelə gələn qonaqları öldürərək onların pul və qiymətli əşyalarını oğurlayırdı.
Laviniya zərif davranışları ilə qurbanlarını aldadır, onlara xüsusi çay təqdim edirdi. İddialara görə, bu çay zəhərli idi.
Tam oxu
Xəbəri oxu