Icma.az
close
up
RU
Tarixin ən qorxunc qadını: Tələsinə düşən sağ qalmırdı...

Tarixin ən qorxunc qadını: Tələsinə düşən sağ qalmırdı...

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cinayətkar, yoxsa cəmiyyət tərəfindən yanlış anlaşılmış adi bir insan?.. Onun adı hələ də tarixçilər, turistlər və əfsanəsevərlər arasında maraqla müzakirə olunur.

Laviniya Fişer Amerika tarixində ilk qadın seriya qatil olaraq tanınır. Həyatı və cinayətləri ilə bağlı çoxlu mübahisələr olsa da, Laviniya və həyat yoldaşı Con Fişer XIX əsrin əvvəllərində Cənubi Karolinanın ən qorxunc cütlüyü kimi yadda qalıb.

Laviniya 1793-cü ildə doğulub. Uşaqlıq illəri və gənclik həyatı haqda məlumatlar çox məhduddur. Bioqrafiyasında cazibədar, ağıllı və manipulyativ bir qadın olduğu yazılır.

Con Fişerlə "Six Mile Wayfarer House" adlı oteli işlədirdi. Çarleston şəhəri yaxınlığında yerləşən otel səyyahlar üçün dayanacaq yeri idi.

Əfsanəyə görə, Laviniya və Con otelə gələn qonaqları öldürərək onların pul və qiymətli əşyalarını oğurlayırdı. Laviniya zərif davranışları ilə qurbanlarını aldadır, onlara xüsusi çay təqdim edirdi. İddialara görə, bu çay zəhərli idi. Qonaqlar çay içdikdən sonra halsızlaşırdı. Daha sonra cütlük onları ya boğur, ya da xüsusi bir mexanizm vasitəsilə yataqlarından zirzəmiyə salırdı.

Daha sonra oteldə bir neçə insanın yoxa çıxması yerli əhalini narahat etdi. Bu şübhələr nəticəsində Laviniya və Con həbs edildi. Amma onlara qarşı konkret sübutların olmaması səbəbindən əvvəlcə azad edildilər. Bir müddət sonra digər cinayətlərin aşkara çıxması ilə cütlük yenidən həbs olundu.

1819-cu ildə cütlük məhkəməyə çıxarıldı. Onlar soyğunçuluq və qətllərdə təqsirli bilinərək ed*am cəzasına məhkum edildilər. Laviniya Fişer 1820-ci ildə as*ılaraq ed*am edildi.

Əfsanələrə görə, e*dam zamanı Laviniya ağ gəlinlik geyinmişdi və son sözləri belə olmuşdu:
"Mən günahsızam! Ancaq şeytanla görüşəcəyimə əminəm!"

Laviniya rəsmi olaraq ABŞ-ın ilk qadın seriya qatili kimi tanınır. Amma törətdiyi qətllər ilə bağlı dəqiq heç nə sübut olunmayıb, ABŞ-ın kriminal tarixində mübahisəli sima olaraq qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 Yanvar 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri