Tayvanda hərbi təlimlərin növbəti mərhələsi keçirilib

08.08.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tayvanda hərbi təlimlərin növbəti mərhələsi keçirilib

Tayvanda davam edən illik “Han Kuang” hərbi təlimlərinin növbəti mərhələsi bu gün Kaohsiunq şəhərində keçirilib. Təlimlər çərçivəsində sahil müdafiəsi, mümkün hücuma qarşı cavab tədbirləri və müxtəlif təhlükəsizlik qüvvələrinin birgə fəaliyyəti sınaqdan keçirilib.

“Reuters” agentliyinin  məlumatına əsasən, Lay Çinq-te Kaohsiunqdakı hərbi-dəniz bazasında keçirilən təlimləri yerində izləyib. O, sürətli raket katerinə minərək hərbi heyətin fəaliyyəti ilə tanış olub. Təlimlər zamanı pilotsuz uçuş aparatlarının iştirakı ilə mümkün hücuma qarşı müdafiə ssenarisi nümayiş etdirilib.

Manevrlərə Tayvanın sahil mühafizəsi qüvvələri də cəlb olunub. Təlim zamanı “Anping” sinfinə aid katamaranın iştirakı ilə sahil müdafiəsi üzrə fəaliyyət nümayiş etdirilib. Reuters bildirir ki, bu gəmilər Tayvanın hərbi-dəniz qüvvələrinin “Tuo Chiang” sinfinə aid sürətli döyüş gəmiləri əsasında hazırlanıb.

N.Adilqızı

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью