Tayvanda hərbi təlimlərin növbəti mərhələsi keçirilib
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tayvanda hərbi təlimlərin növbəti mərhələsi keçirilib
Tayvanda davam edən illik “Han Kuang” hərbi təlimlərinin növbəti mərhələsi bu gün Kaohsiunq şəhərində keçirilib. Təlimlər çərçivəsində sahil müdafiəsi, mümkün hücuma qarşı cavab tədbirləri və müxtəlif təhlükəsizlik qüvvələrinin birgə fəaliyyəti sınaqdan keçirilib.
“Reuters” agentliyinin məlumatına əsasən, Lay Çinq-te Kaohsiunqdakı hərbi-dəniz bazasında keçirilən təlimləri yerində izləyib. O, sürətli raket katerinə minərək hərbi heyətin fəaliyyəti ilə tanış olub. Təlimlər zamanı pilotsuz uçuş aparatlarının iştirakı ilə mümkün hücuma qarşı müdafiə ssenarisi nümayiş etdirilib.
Manevrlərə Tayvanın sahil mühafizəsi qüvvələri də cəlb olunub. Təlim zamanı “Anping” sinfinə aid katamaranın iştirakı ilə sahil müdafiəsi üzrə fəaliyyət nümayiş etdirilib. Reuters bildirir ki, bu gəmilər Tayvanın hərbi-dəniz qüvvələrinin “Tuo Chiang” sinfinə aid sürətli döyüş gəmiləri əsasında hazırlanıb.
N.Adilqızı
XQ
Baxış sayı:165
Bu xəbər 08 Avqust 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















