Tayvanda tullantıların arasında başlayan yanğın partlayışa səbəb oldu

23.08.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

Tayvanın Tainan şəhərində tullantıların toplandığı ərazidə güclü yanğın və ardınca partlayış baş verib.

Hadisə avqustun 22-də şəhərin Annan rayonunda qeydə alınıb. Partlayış nəticəsində 15 nəfər, o cümlədən 12 sakin və 3 yanğınsöndürən xəsarət alıb. 68 evə ziyan dəyib.

Hadisə yerinə 144 yanğınsöndürən və 53 yanğınsöndürən maşını cəlb olunub. Yanğının söndürülməsi 4 saatdan çox davam edib.

Partlayışın səbəbləri araşdırılır. İlkin məlumata görə, ərazidə alüminium-maqnezium ərintisi və tullantı yağı aşkarlanıb. 

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью