Tayvanda tullantıların arasında başlayan yanğın partlayışa səbəb oldu
Icma.az, Milli.az saytına istinadən bildirir.
Tayvanın Tainan şəhərində tullantıların toplandığı ərazidə güclü yanğın və ardınca partlayış baş verib.
Hadisə avqustun 22-də şəhərin Annan rayonunda qeydə alınıb. Partlayış nəticəsində 15 nəfər, o cümlədən 12 sakin və 3 yanğınsöndürən xəsarət alıb. 68 evə ziyan dəyib.
Hadisə yerinə 144 yanğınsöndürən və 53 yanğınsöndürən maşını cəlb olunub. Yanğının söndürülməsi 4 saatdan çox davam edib.
Partlayışın səbəbləri araşdırılır. İlkin məlumata görə, ərazidə alüminium-maqnezium ərintisi və tullantı yağı aşkarlanıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:Tayvanda atom elektrik stansiyasında yanğın
06 Mart 2025 16:02
Tayvanda mağazada yanğın 4 nəfər həlak oldu
05 Oktyabr 2026 01:26
Tayvanda nüvə obyektində yanğın olub VİDEO
06 Mart 2025 10:05
Tayvanda zəlzələ oldu KONKRET
14 Noyabr 2024 09:50
Tayvanda güclü zəlzələ oldu
12 Fevral 2026 11:00
Baxış sayı:129
Bu xəbər 23 Avqust 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















