Tbilisi məhkəməsi azərbaycanlı gəncin həbsinə qərar verdi

05.12.2024

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Bu gün Tbilisi şəhər məhkəməsində dekabrın 3-də keçirilmiş aksiya zamanı saxlanılan Elvin Kərimovun işinə baxılıb.

Teleqraf.com xəbər verir ki, soydaşımız polisə qarşı zorakılıqda ittiham edilir.

Məhkəmənin qərarı ilə E.Kərimov 8 sutkalıq inzibati həbsə məhkum edilib. Müdafiə tərəfi qərardan şikayət verəcəyini bildirib.

Qeyd edək ki, Gürcüstanın Saqareco rayonundan olan soydaşımızın həbsi zamanı onun etnik zəmində fiziki zorakılıq və təhqirlərə məruz qaldığına dair məlumatlar yayılıb. Ötən gün “Çoxmillətli Gürcüstan” təşkilatı bununla bağlı narahatlığını ifadə edib və Gürcüstanın Daxili İşlər Nazirliyini E.Kərimovu dərhal azad etməyə çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью