Tbilisi məhkəməsi azərbaycanlı gəncin həbsinə qərar verdi
Icma.az bildirir, Teleqraf.com portalına istinadən.
Bu gün Tbilisi şəhər məhkəməsində dekabrın 3-də keçirilmiş aksiya zamanı saxlanılan Elvin Kərimovun işinə baxılıb.
Teleqraf.com xəbər verir ki, soydaşımız polisə qarşı zorakılıqda ittiham edilir.
Məhkəmənin qərarı ilə E.Kərimov 8 sutkalıq inzibati həbsə məhkum edilib. Müdafiə tərəfi qərardan şikayət verəcəyini bildirib.
Qeyd edək ki, Gürcüstanın Saqareco rayonundan olan soydaşımızın həbsi zamanı onun etnik zəmində fiziki zorakılıq və təhqirlərə məruz qaldığına dair məlumatlar yayılıb. Ötən gün “Çoxmillətli Gürcüstan” təşkilatı bununla bağlı narahatlığını ifadə edib və Gürcüstanın Daxili İşlər Nazirliyini E.Kərimovu dərhal azad etməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:Tbilisi məhkəməsi iğtişaş rəhbərlərinin həbsinə qərar verdi
07 Oktyabr 2025 15:02
Tbilisi məhkəməsi azərbaycanlını döyən müxalifətçinin həbsinə qərar verdi
06 Dekabr 2024 17:38
Tbilisi məhkəməsi Əfqan Sadıqovun ekstradisiyasına qərar verdi
28 Noyabr 2024 21:29
Tbilisi məhkəməsi Əfqan Sadıqovun ekstradisiyasına QƏRAR VERDİ
28 Noyabr 2024 20:54
Tbilisi Məhkəməsi Əfqan Sadıqov barədə qərar verdi
28 Noyabr 2024 21:02
Baxış sayı:137
Bu xəbər 05 Dekabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















