Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tbilisinin mərkəzində Gürcüstan parlamenti yaxınlığında keçirilən etiraz aksiyası etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olmadan başa çatıb.
Yeniavaz.com xəbər verir ki, cümə axşamı axşam Gürcüstan parlamenti yaxınlığında növbəti mitinq başlayıb.
Aksiya iştirakçıları parlament binasını pirotexniki vasitələrdən atəşə tutublar.
Görüntüləri Gürcüstanın “İmedi” telekanalı canlı yayımlayıb. Bəzi etirazçıların polisə daş atması halları da olub.
Ancaq təhlükəsizlik qüvvələri Tbilisidəki etirazların ilk günlərində olduğu kimi cavab tədbirləri görməyib.
Yerli vaxtla saat 03:00-dan başlayaraq, etirazçılar Rustaveli prospektindən dağılışmağa başlayıblar.
Digər tərəfdən, Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə mitinqlərdə kütləvi iğtişaşların təşkili və iştirakına görə biri əcnəbi olmaqla 5 nəfəri saxlayıb.