Icma.az
close
up
RU
Tbilisidə etiraz aksiyaları Növbəti gün toqquşmasız başa çatdı

Tbilisidə etiraz aksiyaları Növbəti gün toqquşmasız başa çatdı

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Tbilisinin mərkəzində Gürcüstan parlamenti yaxınlığında keçirilən etiraz aksiyası etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olmadan başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, cümə axşamı axşam Gürcüstan parlamenti yaxınlığında növbəti mitinq başlayıb. Aksiya iştirakçıları parlament binasını pirotexniki vasitələrdən atəşə tutublar. Görüntüləri Gürcüstanın “İmedi” telekanalı canlı yayımlayıb. Bəzi etirazçıların polisə daş atması halları da olub. Ancaq təhlükəsizlik qüvvələri Tbilisidəki etirazların ilk günlərində olduğu kimi cavab tədbirləri görməyib.
Yerli vaxtla saat 03:00-dan başlayaraq, etirazçılar Rustaveli prospektindən dağılışmağa başlayıblar.
Digər tərəfdən, Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə mitinqlərdə kütləvi iğtişaşların təşkili və iştirakına görə biri əcnəbi olmaqla 5 nəfəri saxlayıb. Onlar polisə tabe olmayaraq müqavimət göstərməyə, həmçinin, kütləvi iğtişaşlarda fəal iştirak etməyə görə saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin evlərinə baxış keçirərkən, habelə şəxsi axtarış zamanı mobil telefonlar, kompüter avadanlıqları, hərbi geyimlər, qaz maskaları, habelə odlu silah, pul və yaddaş kartları aşkar edərək götürüblər. Nazirlik onları 9 ilə qədər həbs gözlədiyini bildirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ümumilikdə Tbilisidə mitinqlərdə iğtişaşlara görə müxtəlif cinayət ittihamları ilə 23 nəfər saxlanılıb.
Qeyd edək ki, noyabrın 28-də Gürcüstanda hökumət əleyhinə nümayişlərin növbəti dalğası başlayıb. Aksiyaya səbəb Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatı olub. O bildirib ki, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlar məsələsini gündəmə gətirməmək və ittifaqın bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib. Hökumət başçısının sözlərinə görə, buna səbəb Aİ-nin ona qoşulmaq üçün dialoqun başlanması ilə bağlı daimi şantajı, parlamentin qəbul etdiyi bir sıra qanunların ləğvi tələbləri və Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırışlar olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 06 Dekabr 2024 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri