Tbilisidə tramvay xətti bərpa edilir

07.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Tbilisi, 7 sentyabr, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisidə tramvay xətti yenidən bərpa olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi meriyası məlumat yayıb.

Bildirilib ki, paytaxtda tramvay xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı Tbilisi Nəqliyyat Şirkəti ilə Türkiyənin “EYE” Birgə Müəssisəsi arasında müqavilə imzalanıb.

Layihənin ümumi büdcəsi 287 milyon 654 min 321 lari təşkil edir. Xəttin uzunluğu təxminən 7,5 kilometr olacaq və marşrut üzrə 11 dayanacaq yerləşdiriləcək.

Layihə başa çatdıqdan sonra tramvay xətti Tbilisinin vahid ictimai nəqliyyat şəbəkəsinə inteqrasiya ediləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью