Tbilisidə tramvay xətti bərpa edilir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Tbilisi, 7 sentyabr, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisidə tramvay xətti yenidən bərpa olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi meriyası məlumat yayıb.
Bildirilib ki, paytaxtda tramvay xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı Tbilisi Nəqliyyat Şirkəti ilə Türkiyənin “EYE” Birgə Müəssisəsi arasında müqavilə imzalanıb.
Layihənin ümumi büdcəsi 287 milyon 654 min 321 lari təşkil edir. Xəttin uzunluğu təxminən 7,5 kilometr olacaq və marşrut üzrə 11 dayanacaq yerləşdiriləcək.
Layihə başa çatdıqdan sonra tramvay xətti Tbilisinin vahid ictimai nəqliyyat şəbəkəsinə inteqrasiya ediləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:Tbilisidə tramvaylar bərpa edilir
20 Avqust 2025 17:45
Tbilisidə tramvay tenderi Türkiyə şirkətlərini üz üzə gətirdi
30 İyul 2026 16:10
Tbilisidə etirazlar bərpa edildi
09 Dekabr 2024 19:59
Türkiyə şirkəti 110 milyon dollara Tbilisidə 7,5 km tramvay xətti və depo tikəcək
07 Sentyabr 2026 12:58
Tbilisidə etiraz aksiyası bərpa edildi
30 Noyabr 2024 19:41
Baxış sayı:121
Bu xəbər 07 Sentyabr 2026 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















