TDT QHT Platformasının üzv təşkilatların koalisiyasının yaradılması müzakirə edilib

04.02.2026

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin təşəbbüsü ilə Qazaxstan QHT-lərı ilə onlayn görüş baş tutub.
Newscenter.az xəbər verir ki, görüşü Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü və Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov açaraq iştirakçılara Platformanın fəaliyyəti, gələcəkdə görüləşcək işlər barədə məlumat verib.
Deputat Azər Allahverənov bu istiqamətdə QHT-lərin atdıqları addımları müsbət qiymətləndirərək görüş iştirakçılarına gələcək əməkdaşlıqda uğurlar arzulayıb.
Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev çıxış edərək iştirakçılara Qazaxıstanın Almatı Vətəndaş Alyansı, sədr Kayrzxan Abduxalıkov və Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyi arasında bağlanmış əməkdaşlıq memerandumu barəsində məlumat verib.
İştirakçılar çıxış edərək gələcək əməkdaşlıqlar istiqamətində geniş fikir mübadiləsi aparmışdırlar. Müzakirələr zamanı TDT QHT Platformasının üzv təşkilatların koalisiyasının yaradılması, ekspert səviyyəsində əməkdaşlıqlar və birgə layihəlrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycan tərəfindən Gəncə Regional Qadın Mərkəzi İB sədri Məleykə Əlizadə, "Hüquqi-Sosial Yardım və Maarifləndirmə" İctimai Birliyinin sədri fariz Əkbərov, Qzaxstan tərəfindən QHT liderləri Rinat Temirbekov, Zaxira Beqaliyeva iştirak edib.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью