TDT QHT Platformasının üzv təşkilatların koalisiyasının yaradılması müzakirə edilib
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin təşəbbüsü ilə Qazaxstan QHT-lərı ilə onlayn görüş baş tutub.
Newscenter.az xəbər verir ki, görüşü Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü və Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov açaraq iştirakçılara Platformanın fəaliyyəti, gələcəkdə görüləşcək işlər barədə məlumat verib.
Deputat Azər Allahverənov bu istiqamətdə QHT-lərin atdıqları addımları müsbət qiymətləndirərək görüş iştirakçılarına gələcək əməkdaşlıqda uğurlar arzulayıb.
Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev çıxış edərək iştirakçılara Qazaxıstanın Almatı Vətəndaş Alyansı, sədr Kayrzxan Abduxalıkov və Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyi arasında bağlanmış əməkdaşlıq memerandumu barəsində məlumat verib.
İştirakçılar çıxış edərək gələcək əməkdaşlıqlar istiqamətində geniş fikir mübadiləsi aparmışdırlar. Müzakirələr zamanı TDT QHT Platformasının üzv təşkilatların koalisiyasının yaradılması, ekspert səviyyəsində əməkdaşlıqlar və birgə layihəlrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycan tərəfindən Gəncə Regional Qadın Mərkəzi İB sədri Məleykə Əlizadə, "Hüquqi-Sosial Yardım və Maarifləndirmə" İctimai Birliyinin sədri fariz Əkbərov, Qzaxstan tərəfindən QHT liderləri Rinat Temirbekov, Zaxira Beqaliyeva iştirak edib.
Süleyman
Bu mövzuda digər xəbərlər:TDT üzv ölkələrin QHT platformasının Baş katibi o oldu
25 Noyabr 2025 21:03
Şəbəkələşmə platformasının yaradılması təklif edilib
06 Dekabr 2024 14:33
Qlobal Cənub QHT Platformasının üzvləri danışır Beynəlxalq Sosial İnkişaf QHT Koalisiyasının rəhbəri Melvin Uaciri Linve
30 May 2025 16:10
Bakıda QHT Platformasının təsis konfransı keçiriləcək
28 Aprel 2025 08:27
“TDT nın QHT platformasının Naxçıvanda təsisi çox böyük məna kəsb edir” Politoloq
27 Noyabr 2025 14:27
Baxış sayı:65
Bu xəbər 04 Fevral 2026 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















